Rusiyanın Kamçatkada yarımadasındakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının teleqram kanalında məlumat verilib.
“Klyuçevskoy vulkanı. Kül tullantısının hündürlüyü dəniz səviyyəsindən təxminən 9 min metr yüksəkliyə çatıb”, – məlumatda deyilir.
Xatırladaq ki, iyulun 30-da Kamçatkada baş vermiş 8,7 maqnutudalı güclü zəlzələ iyulun 31-də vulkanda kül tullantısına səbəb olub.
Qeyd edək ki, Klyuçevskoy (Klyuçevskaya Sopka) təxminən 7 min il yaşı olan, hündürlüyü dəniz səviyyəsindən 4688-4750 metr çatan Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Bu, təxminən 700 m diametri olan zirvə kraterinə malik konusvari coğrafi obyektdir. Yamaclarda 80-ə yaxın ikinci dərəcəli partlayış kraterləri və şlak konusları var. Vulkan 4,5 minə yaxın insanın yaşadığı Ust-Kamçatski rayonunun Klyuçi qəsəbəsindən 30 km aralıda yerləşir.