Amerika Birləşmiş Ştatları NATO ölkələrinə silah satışını sürətləndirmək niyyətindədir ki, onlar vasitəsilə Ukraynaya dəstək olsun və eyni zamanda Kremlə təzyiqləri artırsın…
SİA-nın məlumatına görə, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Vaşinqtonun məqsədinin güzəştlər deyil, təzyiqlər yolu ilə atəşkəsə nail olmaq olduğunu vurğulayıb.
Yazı onun Twitter səhifəsində dərc edilib.
O, X sosial şəbəkəsində yazıb ki,..Prezident Tramp sülhməramlıdır. Müttəfiqlərimizə silah satmaqla biz Rusiyanı yenidən danışıqlar masasına gətiririk.
Diplomatın sözlərinə görə, birbaşa sxemlərdən yan keçərək silah tədarükü NATO ölkələri arasında çatışmazlıqların qarşısını alır və Ukraynaya yüksək səviyyədə dəstək verir.
Patriot və milyardlar – indi sistemli
Trampın özünün də əvvəlcədən təsdiq etdiyi kimi, Ukrayna yeni sxem üzrə 17 Patriot zenit sistemi alacaq. Almaniya artıq iki belə sistemi köçürüb.
The Wall Street Journal-ın məlumatına görə, təşəbbüs Böyük Britaniya, Almaniya, Kanada, İsveç, Hollandiya, Finlandiya, Norveç və Danimarka tərəfindən dəstəklənib.
Bu sistem hamı üçün sərfəlidir: müttəfiqlər müasir Amerika silahlarını alır, onların bir hissəsi sonradan Kiyevə gedir. ABŞ bütün xərcləri öz üzərinə götürmür və Ukrayna ordusu Rusiya hücumlarının qarşısını almaq üçün lazım olan sursat və texnika alır.
Putin üçün məyusluq, Ukrayna üçün ümid
Bundan əvvəl Moskva Trampın gəlişinin hərbi yardımın azalmasına səbəb olacağına ümid edirdi. Amma bunun əksi baş verdi: Vaşinqtonda ritorika dəyişdi, tədarüklər artır, NATO alyansı birlik və qətiyyət nümayiş etdirir.
Ukrayna üçün bu, müsbət siqnaldır: dəstək güclü olaraq qalır və müharibədən diplomatik çıxış güclü mövqedən qurulacaq.
Əli Babayev