Çinlilər artıq Baykal gölündən su içirlər…




…onlar, bildiyimiz kimi, artıq Uzaq Şərqi ələ keçiriblər…



…Rusiyanın mərkəzi telekanallarından birinin efirində gözlənilməz açıqlama verilib.

SİA-nın məlumatına görə, Kremlin təbliğatçıları Çini tənqid edərək, qaçılmaz xəyanətin olacağını proqnozlaşdırıblar. Görüntülər “Ukrayna 365” Telegram kanalında görüntülənib.

Rusiya televiziyasında, əslində, onlar Pekini Rusiya ərazilərini sürünərək işğal etməkdə, onların maraq zonasına təcavüz etməkdə ittiham edirlər.

…Biz mütləq Çinin nə vaxtsa bizi alt-üst edəcəyi faktı ilə qarşılaşacağıq! Çünki o, artıq Baykal gölündən su içir, çünki çinlilər, bildiyimiz kimi, artıq Uzaq Şərqi ələ keçiriblər.

Bunu rusiyalı təbliğatçı bildirib.

SİA-nın ehtimlına görə, əslində rusiyalı təbliğatçı bunu düz də deyir. Çünki, keçmiş dahilərdən birinin dediyi kimi,..“Cin dünyanı müharibəsiz zəbt edəcək”.

Əslində bunu əksər ruslar çox yaxşı anlayırlar.

Əli Babayev

Əlaqəli Xəbərlər