Kurqanda qazpaylayıcı stansiya yanıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə REN TV öz Telegram kanalında Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə yerində 9 texnika və Fövqəladə Hallar Nazirliyinin 42 mütəxəssisi işləyir.
Hər ehtimala qarşı Çernoreçenskaya küçəsindəki qonşu evdən sakinlər evakuasiya edilib.
Bundan əvvəl Soçidə neft bazasında baş verən yanğın pilotsuz uçan aparatın dağıntılarının düşməsindən sonra lokallaşdırılıb.
Əli Babayev