Trampın partiyası onun “Böyük Amerika avtomobili” ilə fotosunu yayıb…


ABŞ Respublikaçılar Partiyasının X sosial şəbəkəsindəki rəsmi hesabında (Rusiyada ekstremist təşkilat kimi tanınır-A.B.) Donald Trampın “böyük Amerika avtomobili”ni canlandırmaq məqsədi daşıyan qanun layihəsini elan edən sarı avtomobilin fonunda fotosu dərc edilib. Lakin fotoda gözlənilən Amerika klassiki əvəzinə şəbəkədə fırtınalı reaksiya və istehzaya səbəb olan sovet “Jiquli”si əks olunub.

SİA-nın məlumatına görə, fotoşəkilli postda deyilir: “Bir böyük gözəl qanun layihəsi böyük Amerika avtomobilini geri qaytarmağa kömək edəcək”.

Tezliklə sosial media istifadəçiləri aşkar kobud səhvi görüblər və absurd vəziyyəti aktiv şəkildə müzakirə etməyə başlayıblar.

Çoxları partiya rəhbərliyini kadr siyasətinə yenidən baxmağa və səhifənin vizual dizaynına cavabdeh olan administrator və dizaynerləri işdən çıxarmağa çağırıb.

Kaliforniyadan olan respublikaçı deputatlardan biri hadisəni istehza ilə şərh edərək qeyd edib ki, “sovet rifahı çürüməkdə olan Amerikaya nüfuz edir”..?

Əli Babayev

Əlaqəli Xəbərlər