ABŞ-da sınıq hündürlükölçən helikopter-təyyarə faciəsinə səbəb olub


Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) 2025-ci ilin yanvarında Potomak çayı üzərində Black Hawk hərbi helikopterinin və American Airlines Bombardier sərnişin təyyarəsinin toqquşması nəticəsində baş vermiş qəza ilə bağlı apardığı araşdırmanın ilkin nəticələrini açıqlayıb.

SİA xəbər verir ki, təqdim olunan məlumatlara görə, 67 nəfərin həyatına son qoyan faciənin səbəbi hərbi helikopterin barometrik hündürlükölçənindəki nasazlıq olub.

Nasazlıq nəticəsində pilotlar uçuş hündürlüyü haqqında etibarlı məlumat ala bilməyiblər və icazə verilən hündürlüyü aşdıqlarını dərk etməyiblər.

Helikopter 85 metr hündürlükdə uçurdu, halbuki bu ərazidə icazə verilən maksimum hündürlük cəmi 61 metr idi.

Təyyarə qəzasında həlak olanlar arasında məşhur idmançılar – 1994-cü ilin fiqurlu konkisürmə üzrə dünya çempionları Vadim Naumov və Yevgeniya Şişkova da olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Məlum olub ki, hündürlükölçən göstəricilərində oxşar uyğunsuzluqlar eyni bölmədən olan daha üç helikopterdə aşkar edilib.

Əli Babayev

Əlaqəli Xəbərlər