Afrikada 307 milyon insan aclıqla mübarizə aparır


Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Afrikada 307 milyon insan aclıqla mübarizə aparır, 40 milyon insan isə ölümün astanasındadır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın siyasi motivli siyasəti və qlobal maliyyələşdirmənin kəsilməsi böhranı daha da gücləndirir.

İsrailin Qəzzada aclıq siyasəti nəticəsində ölümlə üz-üzə qalan Fələstin xalqına Avropadan rəsmi dəstək bəyanatları gəlir. Fransanın təşəbbüsü ilə çoxsaylı Avropa ölkələri Fələstinin dövlət kimi rəsmən tanınması istiqamətində addımlar atır. Bu arada, Birləşmiş Millətlər Təşkilatının (BMT) dərc etdiyi yeni hesabata görə, bütün Afrika qitəsi aclığa buraxılır.

Hesabatda 2030-cu ilə qədər dünyada xroniki aclıq hallarının demək olar ki, 60 faizinin Afrikanın payına düşəcəyi proqnozlaşdırılır. BMT-nin beş agentliyinin birgə hesabatı göstərir ki, münaqişələr, iqlim böhranı, borc yükü və iqtisadi şoklar qitədə ərzaq təhlükəsizliyini dərinləşdirir. Həyəcanverici rəqəmlərə görə, qitədə 307 milyon insan acdır, 40 milyon insan isə qida çatışmazlığı səbəbindən ölüm ərəfəsindədir.

Əlaqəli Xəbərlər