MAQATE nümayəndələri Tehrana gəlir


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Al Mayadeen telekanalının məlumatında deyilir. Bildirilir ki, danışıqlarda məsələnin siyasi tərəfi müzakirə olunacağından nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq. Tərəflərin agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəkləri gözlənilir.

Əlaqəli Xəbərlər