Los-Ancelesdə atışma olub


ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində əyləncə gecəsində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “ABC7 Los Angeles” TV-nin məlumatına görə, Los Anceles Polis Departamentinin rəsmisi bildirib ki, yerli vaxtla gecə saat 1 radələrində şəhərdə keçirilən partilərdən birinə atəş açılıb.

Rəsmi bildirib ki, Qreqori Derisso hücum nəticəsində hadisə yerində, 52 yaşlı qadın isə xəstəxanada dünyasını dəyişib. Departament rəsmisi deyib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hücum edənin şəxsiyyəti hələlik müəyyən edilməyib. Los-Anceles bələdiyyə başçısı Karen Bass “X” sosial media platformasında verdiyi açıqlamada həlak olanların ailələrinə başsağlığı verib və bu şəhərdə şiddətə yol verilməyəcək ifadələrini səsləndirib.

Əlaqəli Xəbərlər