Böyük Britaniyanın Birminqem hava limanında baş verən insidentlə əlaqədar uçuşlar müvəqqəti dayandırılıb, hava limanının uçuş-enmə zolağı bağlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisənin dəqiq təfərrüatları hələlik açıqlanmayıb.
Uçuşları planlaşdırılan sərnişinlərə hava limanına yollanmamışdan əvvəl reyslərinin statusunu yoxlamaları tövsiyə olunub.