İndoneziyada Semeru vulkanında iki partlayış olub


İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki püskürmə baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Antara News” xəbər verir ki, Semeru Vulkan Müşahidə Bürosunun rəsmiləri Semerunun yerli vaxtla saat 05:24-də püskürdüyünü bildiriblər.

Səlahiyyətlilər, dağın saçdığı külün təxminən 600 metr yüksəkliyə qalxdığını və şimal-şərqə doğru irəlilədiyini bildirib. İlkin püskürmənin ardınca yerli vaxtla saat 10:08-də Semeru vulkanı daha bir püskürmə yaşanıb, səlahiyyətlilər vulkanik kül buludunun təxminən 600 metr yüksəkliyə çatdığını bildirib. Sakit okean zəlzələsi və vulkanik qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.

Əlaqəli Xəbərlər