…Polşanın seçilmiş prezidenti Karol Navroçki Polşa ordusunu NATO-nun aparıcı qüvvəsinə çevirəcəyini vəd edib.
SİA-nın məlumatına görə, bu barədə siyasətçi inauqurasiya nitqində bildirib.
Veriliş Polşanın Goniec nəşrinin YouTube kanalında mövcuddur. Polşanın yeni lideri çıxışı zamanı Polşanın beynəlxalq alyanslarla əlaqələrinin vacibliyini qeyd edib.
O, respublikanın “NATO-nun şərq cinahının gücünü, toxunulmazlığını və məsuliyyətini gücləndirən liderə” çevriləcəyini vurğulayıb.
…Mən çalışacağam ki, Polşa ordusu NATO-nun aparıcı qüvvəsi olsun.
Siyasətçi söz verib.
Bundan əvvəl Navrocki and içərək vəzifəsinin icrasına başlayıb. Prezidentin andiçmə mərasimi digərləri ilə yanaşı, ölkənin keçmiş prezidenti Anjey Duda və həyat yoldaşının iştirakı ilə baş tutub.
Əli Babayev