Qazaxıstan Türkmənistanın ən böyük qaz yatağının işlənməsində iştirak edə bilər


Avazada Qazaxıstan və Türkmənistan nümayəndələri arasında işçi görüşü keçirilib. SİA “QazaqGaz MŞ” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Türkmənistan tərəfini Baş nazirin müavini Batır Amanov və Prezidentin neft və qaz məsələləri üzrə müşaviri Aşirqulu Beqliyev təmsil ediblər. Görüşdə xarici investorun cəlb edilməsi ilə Qazaxıstan Respublikasının Türkmənistanın ən böyük qaz yatağı olan “Qalkınış”ın işlənməsində mümkün iştirakı müzakirə olunub.

Qazaxıstan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Qalımjan Koyşıbayev, “QazaqGaz MŞ” SC-nin İdarə Heyətinin sədri Sanjar Jarkeşov və başqaları daxil olub.

Tərəflər qaz sənayesində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin strateji əhəmiyyətini vurğulayaraq, birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirdilər.

Əlaqəli Xəbərlər