2018-ci ildən 2025-ci ilin I yarısı da daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 518 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib. İZİA-dan SİA-ya bildirilib ki, təkcə cari ilin 6 ayı ərzində Hacıqabul Sənaye Parkında 59 milyon manatlıq -1928 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 16,6 milyon manatlıq 1165 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 80 faiz artıb.
Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar”, “JAC”, “Bestune” və s. markalı avtomobillər istehsal edilib.