Rusiyanın ABŞ üçün “fövqəladə təhlükə” yaratdığı iddia edilir.
SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytına Donald Tramp bildirib.
…Rusiya hökumətinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir, – sənəddə qeyd olunur. Bundan əvvəl Tramp Hindistan mallarına 25 faiz əlavə rüsumun tətbiqi haqqında sərəncam imzalayıb.
Qeyd olunur ki, bu tarif Nyu-Dehlinin Rusiya neftini idxalını davam etdirməsinə cavab olaraq təyin edilib.
Bundan əlavə, Ağ Ev əlavə edib ki, ABŞ hakimiyyəti Amerika liderinin xəbərdarlığına baxmayaraq, Rusiyadan xammal almağa davam edən bütün ölkələrin məhsullarına Hindistan mallarına tətbiq edilən gömrük tariflərini uzatmaq hüququnu özündə saxlayır.
Əli Babayev