Valideyn övlada, yoxsa uşaq ana-ataya borcludur?


“Valideyn övlada, yoxsa övlad valideynə borcludur? Bu sual uzun illərdir cəmiyyətlərdə müzakirə olunur. Əslində bu münasibət tək tərəfli deyil – hər iki tərəfin bir-birinə qarşı müəyyən mənəvi borcu və məsuliyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Valideyn övladı dünyaya gətirdiyi andan etibarən onun qarşısında məsuliyyət daşıyır: onu qorumaq, böyütmək, tərbiyə etmək, yaxşı bir gələcək qurması üçün şərait yaratmaq valideynin əsas vəzifəsidir. Övlad isə böyüdükcə, ona verilən bu əməyi və sevgini anlayaraq valideyninə hörmətlə, qayğı ilə yanaşmalıdır. Bu, həm insani, həm də mənəvi bir borcdur.

Cəmiyyətin sağlam təməllər üzərində formalaşması üçün ailədaxili münasibətlər qarşılıqlı anlayış, sevgi və dəyərlər üzərində qurulmalıdır. Ən doğru yanaşma budur: Valideyn də, övlad da bir-birinə borcludur – biri həyat verir, digəri onu dəyərli edir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər