Təxribat xarakterli dezinformasiyalar daha çox “Echo of Baku”, “Azeri Horizon”, “Xəbər24”, “Merry you”, “Azerbaijan Pulse”, “Az insight” vasitəsilə yayımlanır
Fakt ondan ibarətdir ki, Azərbaycan 30 il dünya bilrliyindən BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin boşaldılması barədə qərarının icrasını gözləyib. Lakin Ermənistan beynəlxalq birliyə qarşı çıxaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina edib. Bu zaman özlərini dünyanın aparıcı dövlətləri kimi təqdim edən güc mərkəzləri də Ermənistanın özbaşnalığına seyirçi qalıb. Bununla bir növ ərazilərin ilhaq olunması, insanların öz doğma yurd-yuvasından qovulması məsələsində Ermənistanla eyni maraqları bölüşdüklərini nümayiş etdiriblər. Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq təkbaşına BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etmək üçün əməliyyatlara başlayıb və qısa müddətdə uğurlu hərbi, siyasi, diplomatik qələbələr əldə edib. Buna görə yüksək beynəlxalq tribunalardan, ölkələrinin parlamentlərinin kürsülərindən Azərbnaycana təşəkkürlər etmək əvəzinə, qərəzli mövqe sərgiləyirlər.
Bəzi qüvvələr Azərbaycanın dünya siyasətində rolunun artmasından narahat olduqlarından müxtəlif anormal vasitələrlə ölkəmizə problemlər yaratmağa çalışırlar. Xüsusilə də ABŞ, İsveçrə, Niderland, Fransa, Almaniya kimi dövlətlərdə kök salan qaranlıq dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirməklə açıq formada məkrli niyyətlərini nümayiş etdirirlər. Təbii ki, bu məsələdə erməni lobbisinin sifarişləri də rol oynayır. Bu azmış kimi qaranlıq məkrli dairələr əllərinin altında olan təxribat maşınları vasitəsi ilə ölkəmizə qarşı “informasiya müharibəsi” təşkil edirlər. Üzdəniraq xarici mətbu orqanlar demək olar ki, hər gün Azərbaycana qarşı şər və böhtan xarakterli məlumatlar yayırlar.
Milli Məclisin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan informasiya kampaniyasına etiraz açıqlaması yayıb
Araşdırarkən məlum olur ki, dezinformasiya xarakterli informasiyaların əksər hissəsi erməni lobbisinin göstərişlərinə söykənir. Çünki eyni qərəzli və böhtan xarakterli məlumatlar Ermənistandakı terrorçu qruplara məxsus saytlar, TV-lər tərəfindən də yayımlanır. Haqlı olaraq Azərbaycan ictimaiyyəti, müvafiq dövlət qurumları Azərbaycana qarşı qərəzli təhdid kampaniyası təşkil edən və yayan xarici təşkilatları, KİV-ləri sərt şəkildə tənqid edirlər. Bu günlər Azərbaycan Respublikasının Milli Məclisinin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan informasiya kampaniyasına etiraz bildirilən sərt açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan qeyri-dost fəaliyyətlərin sosial media və sosial şəbəkə platforması olan “Facebook” vasitəsilə hələ də davam etdiyini müşahidə edir: “Bir sıra səhifələr (“Echo of Baku”, “Azeri Horizon”, “Xəbər24”, “Merry you”, “Azerbaijan Pulse”, “Az insight” və s.) vasitəsilə adıçəkilən platforma üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hədəfli müdaxilə cəhdləri edilərək ölkəmizdə ictimai fikri çaşdırmağa, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır. Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində “Facebook”da paylaşıldıqdan sonra istifadəçilərdən “Telegra.ph” kimi platformalara keçid etməkləri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, bu cür informasiya əməliyyatlarına qarşı müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə daim lazımi tədbirlər görülür. Eyni zamanda qeyd etməliyik ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunmuşdur. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, bu cür məlumatlara inanmamağa çağırır, ölkəmizə qarşı istifadə edilən hibrid təhdid metodları və alətləri ilə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır”.
Rusiya KİV-ləri riyakarlığın simvoluna çevrilirlər
Qərbin və ABŞ-ın qaranlıq dairələrinin Ukrayna məsələsinə görə Rusiya ilə düşmən olsalar da, Azərbaycana və Türkiyəyə qarşı münasibətdə eyni maraqları bölüşürlər. Qərbin siçovul ünsürləri Qarabağda Azərbaycanın üçrəngli bayrağının dalğalanmasını həzm edə bimədikləri kimi Rusiyanın hakim zümrəsi və təxribat maşınları da mövcud reallığı qəbul etmək istəmirlər. Çalışırlar ki, Azərbaycana qarşı qərəzli yanaşmalarda Qərbin müəyyən dairələri ilə eyni mövqedən çıxış etsinlər və istəklərinə də nail olurlar. Rusiyanın ipləri Kremlin Medinski kimi ermənipərəstlərin əlində olan KİV-ləri də Azərbaycana qarşı hər cür çirkin kampaniyada fəal iştirak edirlər. Salavyov, Simyon kimi dələduz məxluqlar dallarını müəyyən yerlərə söykəyənlər ardıcıl olaraq ölkəmizlə bağlı şər və böhtanlar səsləndirirlər. Bu günlər Rusiyanın TASS agentliyində Azərbaycana qarşı qərəzli məlumatın yayılması bu ölkə KİV-lərin çox iyrənc vasitələrdən istifadə etdiklərini göstərir. Xankəndidə erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsinin söyükləməsini bu ünsürlər böyük hay-küylə qarşılayıblar. Niyə səbəb? Axı bu heykəlcik separatçıların Qarabağda kök saldıqları zaman qanunsuz olaraq hazırlayıblar. Yəni Ayvazovskinin büstü 2021-ci ilin dekabrında separatçı rejimin nümayəndələri və Rusiya sülhməramlılarının təşəbbüsü ilə “Rusiya Şöhrət Xiyabanı” adlı qanunsuz layihə çərçivəsində Xankəndidə quraşdırılıb. Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlılar mandatına zidd olan addımlar atır, “Rusiya Şöhrət Xiyabanı” inşa edir, Saxarovun heykəlini uzaq Moskvadan başına ip salıb gətirib, Qarabağda onun adını daşıyan məktəbin həyətində ucaldırlar. Bu rüsvayçılıq azmış kimi Qarabağda Ayvazovskinin heykəlini quraşdırırlar. Lakin bu rüsavayçı halları həyata keçirərkən anlamırdılar ki, günün birində Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və bu zaman heykəlcikləri, eləcə də digər zir-zibili süpürüb, zibilliyə atacaq. Belə də oldu və hesab edirəm ki, hər bir suveren ölkə Azərbaycan kimi addım atar. Rusiyanın TASS da daxil olmaqla, RİA Novosti, “Kommersant”, RBK, “İzvestiya” “Gazeta.ru” kimi KİV-lərdə böhtanlara yol verib, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi ilə bağlı separatçı mövqe sərgiləyiblər. Məlumatların tirajlanması zamanı Xankəndi şəhəri “Stepanakert” adlandırılıb, eləcə də Azərbaycanın artıq hüquqi və siyasi baxımdan ləğv edilmiş “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinə istinadlar yer alıb. Bu cür terminologiya təkcə jurnalistik etikaya deyil, eyni zamanda beynəlxalq hüquqa və Moskva Bəyannaməsi kimi ikitərəfli razılaşmalara ziddir. Təbii ki, bu kimi təxribatların arxasında Kremlin qaranlıq dairələri dayanır. Hansı ki, hər vəchlə Azərbaycanın dünya siyasətin də mövqeyinin möhkəmlənməsinə, uğurlarının artmasına qarşıdırlar. Qarabağ kimi tarixi ərazilərimizin işğaldan azad edilməsindən narahatçılıq keçirirlər. Ona görə də, hər cür iyrənc vasitə və üsullardan istifadə etməklə ölkəmizə öz dayaz düşüncələri ilə zərər verdiklərini düşünürlər. Ancaq anlamırlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil, ölkəmiz bu gün dünyanın ən güclü və qüdrətli dövlətlərindəndir. Heç bir qüvvə Azərbaycanla təhdid və təzyiq dillə danışa bilməz. Bu vasitədən istifadə edənlərin aqibəti 44 günlük Vətən Müharibəsi dövründə Ermənistanın Azərbaycanın “Dəmir yumruğu” qarşısında diz şöküb, ağ bayraq qaldırması ilə bütün dünyaya nümayiş etdirildi.
Azərbaycan ədalətin carçısı olaraq tanınır və qəbul edilir
Beynəlxalq normalara görə, hər hansı dövlət başqa bir suveren dövlətin iç məsələlərini müzakirə edə və hər hansı bir qərarla çıxış edə bilməz. Lakin Qərbin, ABŞ-ın, eləcə də Rusiyanın bəzi ünsürləri öz daxili ağır problemləri unudub Azərbaycanla bağlı məsələrəri müxtəlif kabinetlərdə, salonlarda müzakirə edirlər. Fransa, ABŞ, Niderland, Almaniya kimi şər yuvaları özləri Azərbaycana qarşı “Səlib” yürüşlərində bacarıqsız olduqlarını anlayaraq sıralarına digər dövlətləri də qoşmağa çalışırlar. İsveçrə Milli Şurasının (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin Fransanın təzyiqi və təsiri ilə Azərbaycanla bağlı separatçı məsələləri müzakirə edib, qərar qəbul etməsi deyilənlərə misal ola bilər. Belə ki, İsveçrə Milli Şurasının (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin təqdim etdiyi təklifdə Federal Şura Qarabağdan rədd olub gedən ermənilərin məsələsi ilə bağlı beynəlxalq sülh forumunun təşkilinə çağırmışdır. Eyni düşük və yersiz fikirlərlə Niderlandın və Belçikanın da paralament üzvləri çıxış etmişdilər. Halbuki bu məxluqlar anlamırlar ki, tarxin təkərini geri döndərmək mümkün olmadığı kimi Qarabağdan itilib getmiş hayların yenidən Azərbaycan ərazisinə ayaq basmaları mümkünsüzdür.
ABŞ Konqresi və ya Senatı Ermənistanın dövlət istəklərinə erməni lobbisinin maraqlarına uyğun olaraq dəfələrlə Azərbaycanla bağlı anormal dinləmələr keçirib. Dinləmələr Ermənistandakı revanşist qüvvələri ruhlandıran və onları və Cənubi Qafqaza sabitliyi pozmağa xidmət edən qərarların qəbulu ilə müşahidə olunur. Hətta ara-sıra anormal qərarlar da qəbul edirlər. 2023-cü il noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr bunun daha bir nümunəsi sayıla bilər. Söz yox ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Bu da onu deməyə əsas verir ki, dünyanın aparıcı dövləti kimi özünü təqdim etməyə çalışan ABŞ, əslində, Kardaşyan kimi fahişə modellərin əlində alət olub. Nəzərə almaq lazımdır ki, qondarma tədbirdən öncə tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Görüşün 5 saata qədər davam etməsi onu təsdiq edir ki, tərəflər Azərbaycana qarşı necə şər və böhtanlar səsləndirmək, iddialar və ittihamlar irəli sürmək məsələlərini geniş və əhatə şəkildə müzakirə edib, razılaşma əldə ediblər. Dinləmələr gözlənildiyi kimi erməni lobbisinin tələblərinə uyğun keçirilib. Tomas Kin ermənilərin Qarabağdan guya etnik təmizləmə yolu ilə çıxarılması məsələsinə etiraz edərək deyib ki, Birləşmiş Millətlər Təşkilatının Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komissiyasının Ermənistana köç edən Qarabağ erməniləri ilə bağlı xüsusi arayışı var. Orada çox aydın şəkildə yazılıb ki, onlar Qarabağdan etnik təmizləmə ilə məcburi şəkildə köçürülməyib. Özləri könüllü şəkildə köçüb gediblər. Təbiidir ki, bütün bunları Tomas Kin də bilir. Sadəcə, Azərbaycanın Qarabağda əldə etdiyi qələbəsinə, insanlarımızın öz yurd-yuvalarına qayıdışına qısqanclıqla yanaşmalar nümayiş etdirilib. Bu anormal müzakirələrdən sonra ermənipərəst konqresmenlər Azərbaycan yardımların azaldılacağı barədə çıxışlar da ediblər. Ancaq bunlar anlamırlar ki, zatən Amerika Birləşmiş Ştatları Azərbaycana Ermənistandan qat-qat az yardımlar göstərir. Bununla yanaşı qeyd olunmalıdır ki, ölkəmizin hər hansı kənar yardımlara ehtiyacı yoxdur. Bəli, bu kimi neqativ hallar Bayden hakimiyyəti dönəminin arzuolunmaz qüsurları idi. D.Trampın hakimiyyəti yığılıb qalan problemlərin həlli üçün Azərbaycanla geniş və əhatəli əməkdaşlıq əlaqələri yaradıb. Ümid edlir ki, problemlər aradan qaldırılacaq və ABŞ- Azərbaycan münasibətləri səmimi dostluq əlaqələrinə çevriləcək. D.Trampın təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün təşkil edilməsi müsbət və uğurlu nəticə olaraq qiymətləndirilir. Bu faktın özü onu təsdiq edir ki, Azərbaycanla isti münasibətlər qurmağa çalışanlara Azərbaycan da dost əli uzadır. Başqa cür hərəkət etmək və addım atmaq, yalınız qarşı tərəfə uğursuzluq gətirə bilər.
İLHAM ƏLİYEV