Çinin şimal-qərbindəki Sincan-Uyğur vilayətindəki asma körpü uçub. SİA “XinJang” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində nəfər ölüb, 24-ü yaralanıb. Muxtar Prefekturanın Zhaosu rayonunda körpünün asma kabellərindən biri qoparaq göyərtənin əyilməsinə səbəb olub. Ümumilikdə 29 nəfər körpüdən yıxılıb. Xəsarət alanlardan 22-si yüngül, ikisi isə ağır yaralanıb. Bütün yaralılar tibbi yardım üçün dərhal yerli xəstəxanalara çatdırılıb.