Çində xəstəxananı su basdı


Çinin cənubunda daşqınlar baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Quandun əyalətində həyat dayanıb. Qruplar gərgin axtarış-xilasetmə işləri aparıblar. Asiyanın maliyyə paytaxtı olan Honq-Konqa da rekord miqdarda yağıntı düşüb.

Saatlarla davam edən leysan bölgəni bürüyüb. Yağış dörd çaydan daşaraq sel yaradıb. Yüzlərlə insan avtomobillərində və evlərində sıxışıb qalıb. Çoxsaylı evlər dağıdılıb. Xilasetmə işləri zamanı yanğınsöndürənlər şişmə qayıqlarla küçələrdə hərəkət edə biliblər. Fəlakət bölgəsindən 7500-dən çox insan təxliyə edilib. Baiyun hava limanında 363 reys ləğv edilib, 311-i isə gecikib.

Güclü yağış Asiyanın maliyyə paytaxtı Honq Konqa da təsir edib. Xəstəxananı su basıb, təcili yardım otağının bir hissəsi saatlarla fəaliyyət göstərə bilməyib. Bu yağış 1884-cü ildən bəri şəhərin ən güclü avqust yağışı kimi qeydə alınıb. Bölgəyə yağan yağış ötən həftənin cümə axşamı günündən etibarən davam edir. Cümə günü yağışın azalacağı gözlənilir.

Əlaqəli Xəbərlər