Çinlilər xüsusi kosmik aparatla Ayın səthinə eniblər


Çin içərisində insan olan ilk Aya eniş aparatının sınaq uçuşunu uğurla başa çatdırdığını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sınaq ölkənin şimalındakı Hebey əyalətinin Huailai qraflığında yerləşən meydançada həyata keçirilib.

Məlumata görə, bu uğurlu sınaq Çinin müvafiq proqramında mühüm mərhələni təşkil edir. Bu, ölkənin ilk dəfə olaraq içərisində insan olan kosmik gəmisinin Ay səthinə enməsi və oradan qalxması imkanlarını sınaqdan keçirməsidir.

“Lanyue” adlı eniş aparatı iki hissədən – eniş və hərəkət modulundan ibarətdir. Yeni nəsil kosmik gəmi iki taykonavtı Ayın səthinə daşımaq və qaytarmaq üçün nəzərdə tutulub. Eyni zamanda, Ay səthinə bir rover və digər elmi avadanlıqlar da aparılacaq. Enişdən sonra aparat taykonavtlar üçün həyat dəstəyi, enerji təminatı və məlumat ötürülməsi funksiyalarını yerinə yetirəcək. Bu, onların Ay səthində qalmaları və elmi fəaliyyətləri üçün baza rolunu oynayacaq. Bildirilib ki, bu sınaq texniki baxımdan mürəkkəb və uzunmüddətli olsa da, uğurla həyata keçirilməsi Çin üçün əhəmiyyətli texnoloji irəliləyiş hesab edilir.

Çin elmi tədqiqatlar aparmaq məqsədilə 2030-cu ilə qədər astronavtlarını Ayın səthinə endirməyi planlaşdırır.

Əlaqəli Xəbərlər