Fransa meşə yanğınları ilə mübarizə aparır


Fransanın cənubundakı Aude bölgəsində baş verən yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın cənubunda, İspaniya sərhədi yaxınlığındakı Aude bölgəsində baş verən yanğın 39 min 500 hektardan çox meşə və çöl ərazisini külə çevirib. Bir nəfərin öldüyü, 13 nəfərin yaralandığı, üç nəfərin itkin düşdüyü bildirilir.

Səlahiyyətlilər, yanğına müdaxilə etmək üçün 2100-dən çox yanğınsöndürən və çoxlu yanğınsöndürən təyyarələrin ayrıldığını açıqlayıb.

Əlaqəli Xəbərlər