İsrailin Qəzzaya hücumları nəticəsində 17 fələstinli həlak olub


İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 17 fələstinli həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzaya qarşı blokadanı gücləndirərək, yardım axınını məhdudlaşdıraraq humanitar fəlakətə səbəb olan İsrail, növbəti dəfə yardım istəyən mülki insanları hədəfə alıb.

Səhiyyə mənbələri və şahidlərin verdiyi məlumata görə, İsrail ordusunun Qəzza şəhərindəki Şati Qaçqınlar Düşərgəsindəki evi bombalaması nəticəsində biri qadın və biri uşaq olmaqla 3 fələstinli həlak olub. İsrail ordusunun şəhərin şimalındakı Şeyx Radvan məhəlləsində bir evi hədəf alması nəticəsində ikisi qadın və biri qoca olmaqla üç fələstinli həlak olub. İsrail ordusunun Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsində daha bir evi hədəf alması nəticəsində ikisi uşaq olmaqla 4 fələstinli həlak olub. İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunisdə bir evi bombalaması nəticəsində 5 fələstinli həlak olub. İsrailə məxsus pilotsuz təyyarənin Xan Yunisin əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarını hədəf alması nəticəsində ana və qızı həlak olub.

Əlaqəli Xəbərlər