Putin də Trampla görüşmək istəyir


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşmək istəyir. SİA xəbər verir ki, bunu “Fox News” telekanalı Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Trampın xüsusi elçisi Stiv Uitkoffla görüş zamanı Putin nə vaxtsa Amerika lideri ilə görüşmək istədiyini bildirib. Uitkoffun bu mesajı Trampa çatdırdığı qeyd olunur. Trampın isə nəticədə Ukraynada müharibəyə son qoyulacağı təqdirdə artıq gələn həftə belə bir görüşə hazır olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, bundan öncə Trampın gələn həftə Putin və Ukrayna Prezidenti Vlodimir Zelenski ilə Avropa liderlərinin iştirakı olmadan görüş keçirmək istədiyi bildirilirdi.

Əlaqəli Xəbərlər