Rusiya indi atəşkəs əldə etməyə daha çox hazır görünür


Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında paylaşdığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsindəki son hadisələri dəyərləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Rusiya prezidenti Vladimir Putinlə dünən Moskvada ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında keçirilən görüş barədə danışdığını bildirib və müharibənin ədalətli şəkildə bitməli olduğunu bildirib. “Rusiya indi atəşkəslə razılaşmağa daha çox hazır görünür”, – deyə Zelenski bildirib. “Ancaq ən əsası odur ki, nə bizi, nə də ABŞ-ı təfərrüatlarda aldatmasınlar”.

Əlaqəli Xəbərlər