ABŞ prezidenti Donald Tramp yerli vaxtla saat 16:00-da (Moskva vaxtı ilə 23:00) çıxış edəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Amerika liderinin cədvəli sübut edir.
Qeyd olunur ki, Trampın çıxışı Ağ Evin Şərq otağında baş tutacaq.
“16:00. Prezident çıxış edir”, mətndə deyilir.
Trampın nə elan etməyi planlaşdırdığı məlum deyil.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio yaxın 24-36 saat ərzində Amerika liderinin Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar verəcəyini bildirmişdi.
Əli Babayev