Avropaya səyahət edən britaniyalılar üçün sərt qaydalar qüvvəyə minir


Bu ilin payızından etibarən Avropa İttifaqı (Aİ) ölkələrinə səyahət edən Böyük Britaniya vətəndaşları sərhəddə tibbi sığortaya və geri dönüş biletlərinə sahib olduqlarını sübut etməli ola bilərlər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, oktyabrın 12-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, Aİ sərhədini keçmək üçün Britaniya vətəndaşlarının barmaq izləri və üzlərinin biometrik skan edilməsi tələb olunacaq.

Yeni sistemə görə, Aİ-yə daxil olan qeyri-üzv ölkə vətəndaşlarının pasportlarına vurulan giriş-çıxış möhürləri biometrik yoxlamalarla əvəz olunacaq. Qaydaların tətbiqi altı ay ərzində mərhələli şəkildə həyata keçiriləcək və 2026-cı ilin aprelində tam qüvvəyə minəcək. Biometrik məlumat verməkdən imtina edən şəxslərə Aİ-yə giriş qadağan olunacaq. Bu məqsədlə aeroportlarda, limanlarda və dəmir yolu stansiyalarında xüsusi skan kabinələri quraşdırılacaq.

Bundan əlavə, “The Times” nəşrinin məlumatına görə, britaniyalı səyahətçilərə səfərlərinin məqsədini təsdiqləyən bir sıra suallar verilə bilər. Buraya qalacaqları yerin təsdiqi, kifayət qədər maliyyə vəsaitinin olması, tibbi sığorta sənədi, eləcə də geri dönüş və ya növbəti marşrut bileti daxildir.

Əlaqəli Xəbərlər