Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə işgüzar səfərinin yekunlarından məmnun olduğunu bildirib. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində deyib.

Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş çox səmimi, dostluq şəraitində keçib.

“Bu, mənim Prezident Trampla ilk görüşümdür və görüş çox səmimi atmosferdə keçdi. Onun Azərbaycanla bağlı bildikləri məni çox təəccübləndirdi”, – Prezident İlham Əliyev əlavə edib.

Əlaqəli Xəbərlər