Jirinovski…o vaxt Alyaska danışıqlarını proqnozlaşdırıb..?

Rusiyalı siyasətçi Vladimir Jirinovski bir dəfə Rusiya Federasiyası və ABŞ prezidentlərinin Alyaskada görüşəcəyini proqnozlaşdırmışdı. SİA xəbər verir ki, bu barədə arxiv televiziya yazılarını dərc edən “Pool No.3” teleqram kanalı məlumat yayıb. Bir neçə il əvvəl Vladimir Jirinovski “Rusiya” kanalında siyasi şouda iştirak edərək, Putin və Trampın görüşərək Ukrayna böhranının həlli ilə bağlı razılığa gələcəyini proqnozlaşdırmışdı. …Burada Putin və Tramp görüşəcək və onlar razılığa gələ bilərlər. Bu, əla nailiyyət olacaq, – Jirinovski…o vaxt bildirib. Onun sözlərinə görə, Ukrayna “Lvov və beş rayon” olacaq, Tramp isə bütün Novorossiyanın Rusiya bayrağı altında olmasına…

Daha çox

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan əhəmiyyətinə toxunulub. Bu nəticələrin əldə olunmasında…

Daha çox

İstifadəyə hazır “Şahedlər”in saxlandığı logistika mərkəzi vuruldu…

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın 1300 kilometr dərinliyində xüsusi əməliyyat keçirib Avqustun 9-da səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin pilotsuz təyyarələri istifadəyə hazır “Şahedlər”in və onlar üçün xarici komponentlərin saxlandığı logistika qovşağına düşüb. SİA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti Telegram-da məlumat yayıb. Qeyd olunur ki, dron anbarı Tatarıstan Respublikasının Qızıl-Yul kəndində yerləşir. Ukraynadan dağıntı nöqtəsinə qədər olan məsafə təxminən 1300 kilometrdir. …Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin pilotsuz uçan aparatı logistika qovşağının binasına düşüb. Partlayışdan sonra yanğın başlayıb”, – məlumatda deyilir.…

Daha çox

Azərbaycan qazı Suriyanın Homs əyalətinə çatıb

Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya tədarük edilən Azərbaycan qazı mərkəzi Homs vilayətindəki “Cender Qaz” qazpaylama stansiyasına çatıb, oradan paytaxt Dəməşq yaxınlığındakı “Nasiriyə” və “Təşrin” İES-lərə yönləndiriləcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs qubernatoru Əbdürrəhman əl-Amanın qatıldığı mərasimdə elektrik stansiyasına qaz təchizatı klapanları açılıb. Q.Diyabın sözlərinə görə, qaz kəmərinin ötürücülük qabiliyyəti sutkada 3,4 milyon kubmetrdir. Hazırda kəmərlə 1,4 milyon kubmetr Azərbaycan qazı nəql olunur ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Nazir müavini Azərbaycan qazının Türkiyə üzərindən nəqlini…

Daha çox

Yalnız İlham Əliyev bacardı…

Dünənin “münaqişə ocağı”nda bu gün “sülh” bəyanatı səslənir 8 avqust 2025-ci il Cənubi Qafqazın münaqişə və toqquşmalardan xilas olub yeni dövrə qədəm qoyması baxımından silinməz tarix kimi yaddaşlara yazıldı. ABŞ Prezidednti Donald Trampın birbaşa təşəbbüsü ilə Ağ Evdə keçirilən tarixi görüş və imzalanan sənədlər təkcə Cənubu Qafqaz üçün deyil, bütün dünya üçün yeni səhifə açdı. Tarix göstərir ki, ABŞ, bəzi qısamüddətli istisnaları çıxmaq şərtilə, demək olar ki, bütün dövrlərdə dünyada müxtəlif münaqişələrin və inqilabların başlıca aktoru kimi tanınıb. Qərb dəyərlərinin “ixracı” adı altında müxtəlif demokratiya institutları vasitəsilə inqilablar hazırlamaq, regionlarda…

Daha çox

Uilyam Vebster 102 yaşında vəfat edib…

O, karyerasının əvvəlində prokuror vəzifəsində çalışıb… …Tarixdə həm Federal Təhqiqatlar Bürosuna, həm də Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən yeganə şəxs Uilyam Vebster 102 yaşında vəfat edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Amerika nəşrinin məqaləsində Vebsterin barışmaz dürüst adam olduğu bildirilir. Bütün həyatı boyu məmur “hakim” deyə müraciət etməyi sevirdi. O, ölkəsini və onun qiymətli ali qanununu qorumaq üçün mübarizə aparıb. Onun ölümü ilə bağlı məlumatı Vebsterin yaxın qohumları da təsdiqləyib. Ailəsinin yaydığı açıqlamada onun “qeyri-adi bir insan” olduğu…

Daha çox

Ersin Tatar Prezident İlham Əliyevi təbrik edib

… sülh yolunda atılan tarixi addıma görə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşünün nəticələrini alqışlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ŞKTC rəhbərinin saytında yerləşdirilən bəyanatda Vaşinqtonda aparılan danışıqların əhəmiyyəti vurğulanıb. O bəyan edib: “Azərbaycan və Ermənistanın həqiqətən də tarixi olan Birgə Bəyannaməsi suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə, düşmənçilikdən əl çəkməyə, xalqlar arasında etimad mühitinin formalaşmasına, diplomatik və ticarət əlaqələrinin qurulmasına əsaslanan sülh mərhələsinə yol açır”. ŞKTC Prezidenti bu mühüm addıma görə Azərbaycan…

Daha çox

İƏT Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır. SİA xəbər verir ki, bu, təşkilatın yaydığı bəyanatda yer alıb. Bəyanatda bildirilib ki, bu, iki ölkə arasındakı münasibətlərdə qarşılıqlı anlaşmaya və dostluğa əsaslanan yeni səhifə açacaq. Qafqaz regionunda sabitlik və inkişafın əsaslarını möhkəmləndirəcək bu tarixi razılaşma yüksək qiymətləndirilib.

Daha çox

Ukrayna mediası sülh sazişini tarixi hadisə adlandırıb…

Ukraynanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət ayırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Ukrinform”, “UNİAN”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “Gordon”, “Korrespondent”, TCH və digər informasiya agentliklərində və xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə xüsusi yer verilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik…

Daha çox

İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. Telefon danışığı əsnasında iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılmış səmərəli müzakirələr, əldə olunmuş razılaşmalar məmnunluqla xatırlanıb. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundan sonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəmin yaradacağı qeyd edilib. Prezident…

Daha çox