Federasiya prezidenti toyda bıçaqlanaraq öldürülüb…

…Altay Respublikası Qarışıq Döyüş Növləri Federasiyasının (MMA) prezidenti Aleksey Kablukov toy mərasimi zamanı dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə Barnaul 22 Telegram kanalı yazıb. Qeyd olunur ki, hadisə avqustun 7-də axşam saat 21:00 radələrində rayonun Tyunqur kəndində baş verib. 74 yaşlı şübhəli naməlum səbəbdən masa arxasında oturan kişiyə əsəbiləşərək ona yaxınlaşaraq sinəsindən bıçaqlayıb. Telekanalın məlumatına görə, ölən Kalbukov olub. Qatil saxlanılıb və tezliklə ona qarşı ittiham irəli sürüləcək; barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət hazırlanır. …Hadisə yerinə baxış keçirilərkən müstəntiqlər cinayət silahı da daxil olmaqla, hərtərəfli zəruri…

Daha çox

Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib

Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat bağlantıları, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi, müdafiə sahəsində əməkdaşlıq və digər məsələləri ehtiva edir.

Daha çox

Paşinyan “Tramp yolu”nun Rusiya üçün faydasını açıqlayıb…

Rusların yazdığına görə, özü də “gözlənilmədən”..? …Ermənistan və Azərbaycan arasında iqtisadi kommunikasiyaların bloklanmasına dair memorandumdan sonra Rusiya üçün yeni perspektivlər açılır. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan qeyd edib ki, yeni layihənin Rusiya və İranın ticarət maraqlarına zərər verə biləcəyinə dair “bir nəzəriyyə var”. Onun fikrincə, belə deyil; əksinə, “Rusiya üçün iqtisadi imkanlar” açılacaq. Məsələn, biz Rusiya ilə 30 il ərzində olmayan dəmir yolu əlaqəsini əldə edəcəyik. Bu, Rusiya Federasiyası ilə ABŞ arasında iqtisadi əməkdaşlıq üçün…

Daha çox

İtaliya mediası Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton görüşündən yazır

İtaliyanın mətbu orqanları Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasını diqqət mərkəzində saxlayıb. SİA xəbər verir ki, ANSA, “Sky TG24”, “Corriere della Sera”, “Corriere del Ticino”, “Giornale di Brescia”, “Prealpina”, “Za Zoom” kimi informasiya agentlikləri və xəbər portallarının yaydığı materiallarda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzaladıqları bildirilir. Qeyd edilib ki, Donald Tramp ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan…

Daha çox

Serbiya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti ilə görüşünü diqqətdə saxlayıb

Serbiya mediası Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşünü geniş işıqlandırıb. SİA xəbər verir ki, “Novosti”, “Alo”, “Politika”, RTV, “Indeks Online” kimi media orqanlarının dərc etdiyi yazılarda Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşünə dair Birgə Bəyannamə imzaladıqları qeyd olunur. Materiallarda diqqətə çatdırılır ki, Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətni paraflanıb. Saziş ABŞ-ın nəzarəti altında əsas nəqliyyat dəhlizinin yaradılması üzərində birgə işləməyi, iki ölkə arasında ticarət, səyahət və diplomatik…

Daha çox

Prezident Trampla ilk görüşümüz səmimi və nəticəyə yönümlü oldu

Prezident Trampla ilk görüşümüz çox mehriban, səmimi və nəticəyə yönümlü oldu. SİA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib. Dövlətimizin başçısı qeyd edib ki, onun Prezident Trampa şəxsi münasibəti həmişə çox müsbət olub. “O, Azərbaycan xalqı kimi ailə dəyərlərini qiymətləndirən insandır”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Daha çox

İlham Əliyev avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək tarixi gün adlandırıb

Mən avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm. Şübhəsiz ki, bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər həm də bütün region, Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan media nümayəndələrinə müsahibəsində bildirib.

Daha çox

Bu gün Azərbaycan multikulturalizm mərkəzlərindən biridir

Azərbaycanda heç vaxt etnik və ya dini müxtəlifliyə əsaslanan, nəinki münaqişələr, hətta anlaşılmazlıqlar belə olmayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib. “Əksinə, bu gün Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin bir ailə kimi yaşadığı multikulturalizm mərkəzlərindən biridir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Daha çox