Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək

Əminəm ki, “Exxon” və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində deyib. Azərbaycanda neftlə bağlı böyük resursların açılması ehtimalını qeyd edən dövlətimizin başçısı “Exxon”un ölkəmizdə böyük təcrübəsinin olduğunu vurğulayaraq bildirib: “Biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, imzalanma mərasimində iştirak etməzdik”.

Daha çox

Ermənistan blokadadan çıxır

Ermənistanla Azərbaycan arasında sülh yaranır. SİA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Ağ Evdə baş tutan üştərəfli görüşdən və birgə bəyannamədən sonra mediaya açıqlamasında deyib. “Ermənistanın blokadasının götürülməsi məsələsi həll olunur”, – N.Paşinyan qeyd edib.

Daha çox

Yol polisinin qanuni tələbinə əməl etməyən sürücü həbs olunub

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan, dövlət qeydiyyat nişanı olmadan, avtomobilində konstruksiya dəyişikliyi etmiş və sürücülük hüququ məhdudlaşdırılmış “Renault” markalı, 01-CB-813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. BŞDYPİ-dən SİA-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Məhəmməd Əzizov saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün ərazi polis orqanına təhvil verilib. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati…

Daha çox

Yekun sülh sazişi istiqamətində mühüm addım atıldı

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı. Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm! Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!”.

Daha çox

ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. SİA xəbər verir ki, sonra dövlət başçıları söhbət etdilər. Prezident İlham Əliyev dedi: 33 il davam edən sanksiyaların sonu. Prezident Trampın sayəsində mümkün oldu. Prezident Donald Tramp dedi: Xalqınız böyük xalqdır. Bizim şəxsi tanışlığımızdan əvvəl belə Siz mənim haqqımda gözəl sözlər söylədiniz. Hətta bizim seçkilərdə qalib…

Daha çox

Şübhəli bilinən 42 nəfər isə saxlanılıb

Ötən gün ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər isə saxlanılıb.

Daha çox

Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib. SİA xəbər verir ki, bu, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra söhbət əsnasında baş verib. Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz. Prezident İlham Əliyev: Mənim 9 nəvəm var,…

Daha çox

Bakı küçələrində təmizlik işləri həyata keçirilib

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqustun 9-da paytaxtda təmizlik işləri aparılıb. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, son vaxtlarda havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülür: “Bütün bunlar isti havalarda yaşıllıqların qurumasının qarşısını alır. İsti havaları nəzərə alaraq, Mərkəzi Nəbatat Bağında iməcilik tədbirləri həyata keçirilib. Burada ağaclara aqrotexniki qulluq…

Daha çox

Azərbaycan xalqı böyük xalqdır

Xalqınız böyük xalqdır. SİA xəbər verir ki, bunu avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra söhbət zamanı deyib. “Bizim şəxsi tanışlığımızdan əvvəl belə Siz mənim haqqımda gözəl sözlər söylədiniz. Hətta bizim seçkilərdə qalib gəlməyimizdən əvvəl”, – Donald Tramp Azərbaycan liderinə deyib.

Daha çox

İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik

Pakistan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır. SİA-nın xəbərinə görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında yazıb. Qeyd olunur ki, bu hadisə onilliklər boyu münaqişələr və insan əzabları yaşamış regionda – Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcıdır. “Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionunun sülhsevər gələcək kursunun müəyyən olunmasında müdrikliyi və uzaqgörənliyi əks etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub…

Daha çox