Qlobal istiləşmə bəşəriyyət üçün təhlükə yarada bilər

Bu gün dünyada istiləşmə həddinin son 10-15 illə müqayisədə iki, bəzi ərazilərdə 3 selsi artdığı müşahidə olunur. Bu da təxminən 2 milyard insanın həyati əhəmiyyət daşıyan su ehtiyatlarının itirilməsi deməkdir. Science jurnalında dərc olunan araşdırmada 200 min fərqli buzlağın iqlimdən necə zərər gördüyü detallı formada izah edildikdən sonra istiləşməni 1,5 dərəcəyədək endirməyi hədəfləyən Paris razılaşmasına əməl edilsə belə, mövcud buzlaqların yarısı itiriləcəyi ehtimal olunur. Təbii ki, qlobal istiləşmə təkcə təbiətə deyil, həm də heyvanat aləminə, hətta insanlar üçün ciddi fəsadlar törədir. Əvvəllər iqlim və hava bəşəriyyətə birbaşa təsir göstərirdi. Hər…

Daha çox

Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyə xarici işlər naziri Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəni səmimi qəlbdən təbrik edib. Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın…

Daha çox

Sabah hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 32-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli…

Daha çox

Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb

Avqustin 7-8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də səfərdə olub. XİN-dən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji…

Daha çox

Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar

Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar. SİA-nın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. “Bu gün tarixi hadisə baş verib. Mən bir neçə aydır deyirəm ki, Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün deyə bilərik ki, sülh qurulub. Bu, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində qurulub”, – o qeyd edib.

Daha çox

Yol polisi yük avtomobili sürücülərinə çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edərək bildirir ki, iri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır. Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən…

Daha çox

Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyasının ABŞ və Rusiya Federasiyası (RF) arasında qarşılıqlı əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. SİA-nın məlumatına görə, o, bu barədə mətbuat konfransında bildirib. Nikol Paşinyan xatırladıb ki, Ermənistanın 30 il ərzində Rusiya ilə dəmir yolu əlaqəsi olmayıb, indi isə İrəvan Mərkəzi Asiya ilə də əlaqə əldə edəcək, Çinin regiona çıxışı olacaq. O qeyd edib ki, Ermənistan dəmir yolları Rusiya Federasiyasının nəzarəti altındadır. Nikol Paşinyan Rusiyanın İcevan-Razdan və İcevan-Qazax dəmir yollarının bərpasına investisiya qoymaqda maraqlı olacağını da ehtimal edib: “Əlbəttə, Azərbaycanın…

Daha çox

İsveçrə mətbuatı Cənubi Qafqazı sülh və əmin-amanlığa daha da yaxınlaşdıran Vaşinqton görüşündən yazır

İsveçrə mediasının da diqqəti ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən Sülh Sammiti və imzalanan razılaşmalara yönəlib. SİA xəbər verir ki, İsveçrə Teleradiosu (SRF), həmçinin “Neue Zürcher Zeitung“, “Blick“, “Tagesanzeiger“, “20 Minuten“, “Le Temp“ kimi aparıcı gündəlik qəzetlər onillərdən bəri davam edən bir münaqişədə ciddi irəliləyiş əldə olunduğunu bildirirlər. Diqqətə çatdırılıb ki, cümə günü Ağ evdə bir araya gələn Azərbaycan və Ermənistan liderləri sülh razılaşması yolunda mühüm əhəmiyyətə malik Birgə Bəyannaməyə imza atıblar. “Neue Zürcher Zeitung“ yazır ki, bununla…

Daha çox

Ötən 7 ayda 32,6 min şəxsə əlillik təyin edilib

Bu ilin yanvar-iyul ayları ərzində 32,6 min şəxsə əlillik təyin edilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 14,5 min şəxsə ilkin, 18,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Daha çox

“Paraflanan mətnin imzalanması və ratifikasiyası üçün addımlar davam edəcək”

“Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamə açıqlanıb. Bəyanat bir çox baxımdan diqqət çəkir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “İlk öncə onu qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya regiona sabitlik, təhlükəsizlik və rifah gətirmə istəyi artıq real nəticələr verir. Bunu bəyannamənin mətnində də təsdiqləmək mümkündür. Belə ki, bəyannamə regionda uzun illər davam edən münaqişənin sülh yolu ilə həllinə dair yeni bir mərhələnin başlanğıcı kimi…

Daha çox