Azərbaycan və ABŞ kosmik sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

“Azərkosmos” və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi kosmik sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib. SİA Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) məlumatına istinadla xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərkosmos”un rəhbər heyəti ilə ABŞ-nin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili arasında görüş keçirilib. Tərəflər arasında “Azərkosmos”un ABŞ-nin aparıcı kosmik şirkəti olan “SpaceX” ilə mövcud tərəfdaşlığı və bu əməkdaşlığın gələcək peyk layihələrində davam etdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, ABŞ hökuməti ilə Azərkosmos arasında birgə tədbirlər və kommersiya layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın proqramları…

Daha çox

İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq

Ermənistan və Azərbaycan vətəndaşları arasında ikitərəfli ticarətin başlanması təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq. SİA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Biz bu layihəni (“Tramp marşrutu”nu – red.) həyata keçiririk ki, daha çox Ermənistan vətəndaşı Azərbaycanın nəqliyyat infrastrukturundan təhlükəsiz istifadə edə bilsin və əksinə. Biz təhlükəsizlik, sabitlik, sülh və təminatlardan çox danışırıq. Əgər on minlərlə Ermənistan və Azərbaycan vətəndaşı qarşı tərəfin nəqliyyat infrastrukturundan istifadə etsə və ikitərəfli ticarət olsa, bu, təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq”, – o bildirib.

Daha çox

Gürcüstan mediası Azərbaycan və Ermənistan liderlərinin ABŞ-dakı görüşündə əldə olunan razılaşmaya böyük diqqət yetirib

Gürcüstanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət yetirib. SİA xəbər verir ki, “imedinews.ge, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı avqustun 9-da silsilə materiallar yayıblar. Xəbər materiallarında xüsusi diqqət Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə verilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi…

Daha çox

“Azərbaycan sülhü öz şərtləri ilə təmin etdi”

“Amerika Birləşmiş Ştatlarında keçirilən üçtərəfli görüşdə Azərbaycan uzun müddətdir israrla tələb etdiyi sülhü öz şərtləri əsasında əldə etməyi bacardı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, bu, təkcə Ermənistan–Azərbaycan münasibətləri tarixində deyil, bütövlükdə regionun siyasi tarixində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Əldə olunan nəticə, regiona həm uzunmüddətli sabitlik, həm də iqtisadi inkişaf gətirmək potensialına malikdir. Bundan əlavə, son iki yüz il ərzində bölgəmizi təhdid edən və gərginlik yaradan xarici güc mərkəzlərinin regional sülhə və təhlükəsizliyə birbaşa müdaxiləsini ciddi şəkildə məhdudlaşdıracaq. Bu xüsusda…

Daha çox

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,20 ABŞ dolları, yaxud 0,29 % artaraq 67,86 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 67,86 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,20 ABŞ dolları və ya 0,30 % artaraq 66,32 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Donald Trampla Nikol Paşinyanın görüşü başlayıb

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evin önündə rəsmi olaraq qarşılayıb. SİA xəbər verir ki, Tramp Paşinyanı qarşılayaraq əl sıxıb və media nümayəndələri qarşısında qısa müddətli söhbət aparıblar. Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir. Paşinyanla görüşdən sonra Prezident Tramp Ağ Evdə təşkil olunacaq genişmiqyaslı danışıqlarda həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə təklikdə görüşəcək. Bu görüş Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülh müqaviləsinin imzalanması ümidlərini artırır. Prezident Tramp hər iki liderlə ikitərəfli münasibətləri möhkəmləndirmək və regionda sülhü təşviq etmək üçün əməkdaşlıq planlarını…

Daha çox

Bakı ilə İrəvan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir. SİA xəbər verir ki, bunu həmin ölkənin Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib. Onun sözlərinə görə, sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb. Qazaxıstan Prezidenti vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub. “Prezident Kasım-Jomart Tokayev qeyd edib ki,…

Daha çox

Azərbaycan nümayəndə heyəti Ağ Evə yola düşür

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə tarixi görüşləri olacaq. SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycanın nümayəndə heyəti artıq Ağ Evə yola düşür. Onlar arasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov yer alıb.

Daha çox