Donald Trampla İlham Əliyevin görüşü başlayıb

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə rəsmi şəkildə qarşılayıb. SİA xəbər verir ki, ABŞ və Azərbaycan bayraqları önündə dayanan iki lider səmimi şəkildə salamlaşıblar. Tramp İlham Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında qısa müddətli səmimi söhbət aparıb. Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir. Prezident Tramp Azərbaycan və Ermənistan liderləri ilə sülh prosesinin irəliləməsi üçün əməkdaşlıq planları və ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparacaq. Görüşlərin sonunda Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir. Jurnalistin Prezident…

Daha çox

Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq

Prezident Vladimir Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq. Bu barədə SİA Rusiya mətbuatına istinadən xəbər verir. Qeyd olunur ki, indiyədək heç bir Rusiya bu ştata səfər etməyib. Statistik məlumatlara görə, orta amerikalı həyatı boyu on yarım ştata səfər edir, lakin hər onuncu adam heç vaxt öz ştatından kənara səyahət etməyib və ABŞ sakinlərinin yalnız 12 %-i Alyaskaya səfər edib. Rusiya prezidenti sonuncu dəfə 2015-ci ildə ABŞ-yə səfər edib. Putin və Tramp arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq. Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyib. Onun sözlərinə görə,…

Daha çox

Türkan anasının doğum gününü belə təbrik etdi

“Sən bizim başımızın tacısan”. SİA xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə anasının ünvanına yazıb. O, anasının doğum günün təbrik edib: “Ana, səni nə qədər çox sevdiyimizi bilirsən. Sən bizim başımızın tacısan. Allah sənə uzun ömür, can sağlığı, sevgi dolu həyat versin. Hər zaman bizimlə ol. Nə yaxşı ki, bizim vicdanlı, tərbiyəli anamızsan. Başımızın tacı, gözümüzün nuru anam! Hər zaman quru kölgən bizimlə olsun. Doğum günün mübarək.

Daha çox

Rusiyanın Azərbaycan düşmənçiliyi bitmir…

Rusiya Federasiyasının son illərdə həm regional, həm də beynəlxalq siyasətdə yürütdüyü aqressiv kurs, postsovet məkanında yeni bir “işğalçı model”in formalaşmasına səbəb olub. Xüsusilə son günlər Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursu, ABŞ ilə yüksək tərəfdaşlıq siyasəti, habelə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ABŞ Administrasiyası ilə aparılan səmərəli müzakirələr Moskvada ciddi qıcıqla qarşılanıb. Rusiyadakı azərbaycanlılara qarşı görülməmiş vəhşilik, AZAL təyyarəsinin vurulması ilə nəticələnən faciənin baş verməsi Kremlin Azərbaycana qarşı açıq düşmənçilik siyasətinin təzahürü idi. Bu siyasət Azərbaycanın maraqlarına, iqtisadi və diplomatik fəaliyyətinə qarşı yönəlmiş ardıcıl zərbələrlə özünü büruzə verir. SOCAR-ın Ukraynadakı…

Daha çox

Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb

Aİ Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır. SİA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birgə bəyanatda bildiriblər. Vurğulanır ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə bu sənədi imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır. “İndi Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində nizamlı və davamlı irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında…

Daha çox