Tramp Putinlə məşhur məkanda görüşəcəyini açıqladı

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşünün “məşhur məkanda” baş tutacağını bildirib. SİA xəbər verir ki, jurnalistlərə açıqlama verən Tramp Putinlə görüşlərə başlayacağını və daha sonra onların harada keçiriləcəyini açıqlayacağını bildirib. “Biz Rusiyadan başlayacağıq və yeri açıqlayacağıq. Düşünürəm ki, bu, bir çox səbəblərə görə çox populyar bir məkan olacaq. Amma bir az sonra bunu elan edəcəyik. Sadəcə, indi etdiyimiz işin əhəmiyyətinə görə bunu indi etmək istəmirəm”, – Tramp deyib.

Daha çox

Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir

Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir. Bu barədə SİA Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. XİN qeyd edib ki, Paris Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bakı – İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş razılaşmaları alqışlayır. “ABŞ-nin səyləri nəticəsində əldə edilən nəticələr irəliyə doğru atılmış qətiyyətli addımı göstərir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiyası bu prosesi başa çatdıracaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvinə başlamaq üçün birgə müraciətini dəstəkləyir”,…

Daha çox

ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər

ABŞ və Azərbaycan Prezidentləri Donald Tramp və İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatla çıxış edirlər. Bu barədə SİA yerli mənbələrə istinadən məlumat verir. Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşləri olub. https://www.youtube.com/live/WRiYUXdxY9s?si=7O4d-LoVYLFsER5A

Daha çox

ABŞ-də universitetində atışma olub

ABŞ-nin Corciya ştatının Emori Universitetində atışma olub. SİA xəbər verir ki, bu barədə təhsil ocağının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. “Emoridə fövqəladə vəziyyət: Emori-Atlanta şəhərciyində atışma. Bu ərazidən uzaq olun. Təhlükəsiz yerə sığının”, – məlumatda deyilir. Hadisə yerində polis əməkdaşları işləyir.

Daha çox

Tramp Azərbaycan və Ermənistanın sülhə nail olacağına əmindir…

ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olacağına əmindir. SİA-nın məlumatına görə, o, bunu Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə jurnalistlərə deyib. “Mən tam əminəm”, – deyə Tramp jurnalistin onun fikrincə, iki ölkə arasında sülhün uzunmüddətli olub-olmayacağı ilə bağlı sualına cavab verib. O, Azərbaycanla Ermənistan arasında “xristianların müdafiəsi” ilə bağlı sazişin planlaşdırılıb-qazanmaması ilə bağlı suala cavab verməyib. Əli Babayev

Daha çox

Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar

Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm. SİA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp liderlərlə üçtərəfli görüşdə deyib. “Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək”, – Tramp bildirib.

Daha çox

Vaşinqtonda Ermənistan Baş naziri ilə ABŞ prezidentinin xüsusi elçisi görüşüb

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, görüşdə Paşinyanla Tramp arasında gözlənilən danışıqlar, daha sonra Prezident İlham Əliyevin iştirakı ilə baş tutacaq danışıqlar, eləcə də Ermənistanın ABŞ ilə qarşılıqlı fəaliyyəti müzakirə edilib.

Daha çox

Rusiyada anbarlar köhnə Çin avadanlıqları ilə dolub-daşır…

Rusiyada Çin avadanlıqlarına tələbat kəskin şəkildə azalıb… Çin istehsalçıları Rusiya bazarında gözlənilməz problemlə qarşılaşıblar. Anbarlar satılmamış xüsusi avadanlıqla dolub-daşır, tələbat isə azalmaqda davam edir. Rusiya xüsusi avadanlıq bazarı Çin məhsullarının görünməmiş çoxluğu ilə qarşılaşıb. SİA xəbər verir ki, “Kommersant”ın öyrəndiyi kimi, istehsalçı XCMG-nin rəsmi distribyutoru Moskva yaxınlığındakı Podolskda əlavə 8 min kvadratmetr anbar sahəsini icarəyə götürməyə məcbur olub. Mütəxəssislər illik icarə xərclərini 85-126 milyon rubl səviyyəsində qiymətləndirirlər ki, bu da problemin miqyasını göstərir. Vəziyyət 2024-cü ilin yayında güzəştli ipoteka proqramının məhdudlaşdırılmasından sonra xüsusi avadanlıqlara tələbatın…

Daha çox