Ukraynalı qadın valideynləri ilə yazışdığı üçün Rusiyaya buraxılmayıb


Xüsusi hərbi əməliyyat (SMO) başlayandan messencer vasitəsilə valideynləri ilə rus dilində əlaqə saxladığı üçün Ukrayna vətəndaşının Rusiyaya girişinə icazə verilməyib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu, RİA Novosti-nin sərəncamında olan iş materiallarından görünür.

Sənədlərdə göstərildiyi kimi, qadın 2018-ci ildən Rusiyada yaşayırmış – onun yaşayış icazəsi və daimi qeydiyyatı olub, həm də Rusiya vətəndaşı ilə nikahda olub.

Ukraynalı qadın Əbu-Dabidən qayıdarkən sərhəd xidmətinin əməkdaşları onunla maraqlanıblar. Onlar onun mobil telefonunu yoxlayıblar və müəyyən ediblər ki, 2020-ci ilin əvvəlindən ukraynalı qadın valideynləri ilə rus dilində yazışıb və xüsusi hərbi əməliyyat başlayandan sonra dialoq tamamilə ukraynacaya keçib.

Bundan əlavə, sərhədçilər qadının telefonunun şübhəli şəkildə boş olduğunu görüblər: orada çoxlu kontaktlar, fotoşəkillər və yazışmalar yox idi, sosial şəbəkə proqramları əvvəllər smartfonda quraşdırılsa da, silinib.

Sərhədçilər qadınla söhbəti zamanı onun qardaşının Ukraynada hərbi xidmətdən və səfərbərlikdən yayındığını da müəyyən ediblər.

Yoxlama nəticəsində sərhədçilər qadını Rusiyaya buraxmayıblar.

Ukraynalı qadın məhkəməyə müraciət etsə də, təmin edilməyib.

Məhkəmə qərarı qanuni, əsaslı və Rusiyanın təhlükəsizlik maraqlarının müdafiəsi nəzərə alınmaqla qəbul edilmiş adlandırıb.

Bundan əvvəl Rusiya sərhəd xidmətlərinin telefonunda Ukrayna hərbçilərinin kontaktlarını tapdıqları ukraynalını Rusiyaya buraxmaqdan iki dəfə imtina etdiyi bildirilirdi. Həmin şəxs Tailanddan uçub, lakin ölkəyə daxil ola bilməyib.

Əli Babayev

Əlaqəli Xəbərlər