Rusiya sülh prosesindən niyə kənarda qaldı?

Niyazi Niyazov: “Hər şey 2020-ci ildən başladı…” Ermənistan və Azərbaycan çoxdan gözlənilən sülh müqaviləsini imzalamağa hazır olduqlarını ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən üçtərəfli görüşdə bir daha bəyan etdilər. Bir gün əvvəl ABŞ lideri bunun Vaşinqtonda ediləcəyini açıqlamışdı. ABŞ prezidenti dünyada sülhpərvər olduğunu bu hadisə ilə də təsdiq etmiş olacaq. Sankt-Peterburq Dövlət Universitetinin Postsovet məkanında beynəlxalq əlaqələr şöbəsinin müdiri Niyazi Niyazov əminliklə bildirib ki, Rusiya az itki verəcək. — Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev çoxdan gözlənilən sülh sazişi imzalaya bilərlər. Amma ABŞ-da,…

Daha çox

Adi peyvənd demans riskini azalda bilər

Son araşdırmalar göstərir ki, adi “herpes zoster” (şingəl) peyvəndi demans riskini 20 faizə qədər azalda bilər. SİA “sciencealert.com” saytına istinadla xəbər verir ki, “Nature” jurnalında dərc olunan tədqiqat Uelsdə aparılıb və 7 illik müşahidələrə əsaslanır. Şingəl peyvəndi əsasən suçiçəyi virusunun sonradan yenidən aktivləşməsi ilə yaranan ağrılı səpgilərin qarşısını alır. Lakin alimlər aşkar ediblər ki, peyvənd olunan insanlar arasında demans hallarına daha az rast gəlinir, xüsusən də qadınlarda. Mütəxəssislər bunun iki səbəbi ola biləcəyini deyirlər: Virusun birbaşa qarşısının alınması və immunitet sisteminin “təlim edilmiş” şəkildə güclənməsi. Hazırda peyvəndin demansın qarşısını alma…

Daha çox

Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış tarixi sülh sənədini alqışlayıb. SİA xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi istiqamətində mühüm addımdır və regionun uzunmüddətli, sabit inkişafı üçün yeni imkanlar yaradır. Gürcüstan regionda sülhün möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini qətiyyətlə dəstəkləyir. Bəyanatda, həmçinin ABŞ-nin və şəxsən Prezident Donald Trampın Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin həllindəki…

Daha çox

Pilotlar problemlə üzləşdilər

İstanbuldan Sankt-Peterburqa doğru uçan təyyarə pilotun xəstəliyi səbəbindən uçuş hava limanına qayıdıb. SİA xəbər verir ki, bu barədə “HavaSosyalMedya” portalı məlumat yayıb. “İstanbulun Sabiha Gökçen hava limanından Sankt-Peterburqa uçan TC-JHE qeydiyyat nömrəli “Boeing 737” təyyarəsinin pilotları havaya qalxdıqdan qısa müddət sonra problemlə üzləşiblər”, – məlumatda deyilir. Portal qeyd edib ki, Türkiyənin İstanbul hava limanından VF291 reysi olan “AJet” aviaşirkəti avqustun 9-u şənbə günü saat 21:09-da havaya qalxıb. Lakin təyyarə Rumıniya üzərində səmada qəfil dönüb və saat 23:39-da İstanbula qayıdıb. Mənbənin sözlərinə görə, İstanbula endikdən sonra pilotu tibb mütəxəssisləri qarşılayıb və…

Daha çox

Azərbaycan ilə Ermənistan arasında ədalətli sülh bütün tərəflərin maraqlarına uyğundur

Azərbaycan və Ermənistan arasında ədalətli sülh bütün tərəflərin maraqlarına cavab verir. Mehriban qonşuluq və sərhədlərə hörmət hər bir dövlətin xeyrinə olacaq. Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və rifahı dəstəkləmək üçün addımlar atmağa davam edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşü ilə bağlı şənbə günü, avqustun 9-da “NEXT Sosyal” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir. Cevdet Yılmaz Azərbaycan ilə Ermənistan arasında sülhə dair Birgə Bəyannamənin imzalanmasından məmnunluğunu ifadə edərək bildirib ki, bu sənəd regionda davamlı sülhün təmin…

Daha çox

ABŞ Cənubi Qafqazda əsas tərəfdaşını seçdi

Avqustun 8-də Ağ Evdəki tarixi görüş, əldə olunan razılaşmalar və imzalanan müqavilələr ilk növbədə Prezident İlham Əliyevin yüksək dəqiqliklə həyata keçirdiyi uğurlu xarici siyasət faktorudur. Azərbaycan Prezidentinin Ağ Evdə Donald Tramp tərəfindən qarşılanması, yüksək ehtiramın göstərilməsi Azərbaycan liderinin dünya miqyasındakı nüfuznunun da göstəricisi sayılmalıdır. Azərbaycan-ABŞ strateji tərəfdaşlığının elan edilməsi isə o deməkdir D.Tramp əzmkar və xarizmatik lider olaraq İlham Əliyevlə uzun illər birgə çalışmaq qərarını verib. Bu, olduqca önəmli faktordur. İlk ondan başlayaq ki, artıq dünənki tarixi görüşdə regionda davamlı sülhün bərqərar olması istiqamətində tarixi addım atılıb. Onilliklərlə davam edən…

Daha çox

Rusiyada yeni yaşayış layihələrinin istifadəyə verilməsi 40 faiz azalıb…

… SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın yeni tikililər bazarı aktivliyin ciddi azalması ilə üzləşib: Cian analitiklərinin fikrincə, 2025-ci ilin sonunadək yeni yaşayış layihələrinin istifadəyə verilməsinin həcmi 2024-cü illə müqayisədə 40 faiz azalacaq. Əgər keçən il inşaatçılar təxminən 46,7 milyon kvadratmetr mənzil istifadəyə veriblərsə, bu il yalnız 28 milyon kvadratmetr mənzilin tikintisi gözlənilir. İlin birinci yarısı artıq fərqli dinamika nümayiş etdirib – cəmi 13-13,5 milyon kvadratmetrlik satışa başlayıb, sonrakı aylarda heç bir bərpa əlaməti yoxdur. Mütəxəssislər bildirirlər ki, bu azalmanın əsas səbəbi 2025-ci ilin ilk altı ayında bir…

Daha çox

Sülh, Sabitlik və Rifah – Cənubi Qafqazın yeni reallığı

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Ağ evdə, Prezident Donald Trampın iştirakı ilə keçirilən görüşdə regiona üç onillikdən sonra sülh, sabitlik və firavanlıq gətirəcək, tarixi sənəd – üçtərəfli, Birgə Bəyannamə imzalandı. Bu sənədin özü qədər, Vaşinqton formatı da regionda diplomatik balansın dəyişməsi deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib. Pərvanə Vəliyeva sözlərinə belə davam edib: “Tramp qeyd edir ki, bir çox dövlət, təşkilat, rəhbər bu iki ölkə arasında sülhə nail olunmasına çalışıb: ATƏT, Avropa İttifaqı, “yuxulu” Bayden. Ancaq heç bir dövlət, qurum, heç bir Ağ Ev rəhbəri…

Daha çox

Kazanda Alina Zagitovanın məktəbinin tikintisinə başlanılıb

Kazanda fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Alina Zagitovanın məktəbinin tikintisinə başlanılıb. Tatarıstanın İdman Nazirliyinin rəhbəri Vladimir Leonova istinadən Match TV xəbər verir ki, onun bir ildən sonra qapılarını açacağı gözlənilir. …Hazırda biz Alina ilə onun obyekt baxımından deyil, məktəb baxımından necə işləyəcəyi ilə bağlı hüquqi sxem hazırlayırıq”, – deyə nazir izah edib. İlkin olaraq Zagitovanın məktəbinin bu ilin sonuna kimi tikiləcəyi güman edilirdi, lakin maliyyə problemləri səbəbindən layihə təxirə salınıb. Yayın əvvəlində layihə tarixi yaşayış məntəqələrində şəhərsalma üzrə idarələrarası komissiya tərəfindən təsdiq edilib. Tatarıstan hakimiyyəti Zagitova məktəbinin yaradılması üçün regional…

Daha çox

Orta Dəhlizin təməl daşı

Azərbaycan və Ermənistan cümə günü ABŞ prezidenti Donald Trampla görüş zamanı ABŞ-ın vasitəçiliyi ilə onilliklər davam edən münaqişədən sonra ikitərəfli iqtisadi əlaqələri gücləndirəcək və münasibətlərin tam normallaşmasına doğru hərəkət edəcək sülh sazişi imzalayıblar. Cənubi Qafqaz ölkələri arasında razılaşmanın, ehtimal ki, Tramp administrasiyası üçün mühüm nailiyyəti var və bu, regionu öz təsir dairəsində görən Moskvanı narahat etməmiş olmaz. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə görüşərkən prezident Donald Tramp ortada dayanmışdı. Tramp hər iki liderin əllərini sıxmaq üçün qollarını uzadarkən çox məmnun görünürdü. Cənubi Qafqazdakı iki ölkə…

Daha çox