Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Liviya, Oman, Qətər, Küveyt ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır. SİA xəbər verir ki, bu, adı çəkilən ölkələrin XİN-lərinin bəyanatlarında yer alır.
Bəyanatlarda, bu razılaşmanın iki ölkə arasındakı əməkdaşlıqda və qonşuluq münasibətlərində yeni mərhələnin başlanğıcı olacağına inam ifadə olunur. Qafqaz regionunda sabitlik və inkişafın əsaslarını möhkəmləndirəcək bu tarixi razılaşma yüksək qiymətləndirilir, ABŞ-ın münaqişələrin diplomatik yollarla həllinə və gərginliyin azaldılmasına yönəlmiş səyləri təqdir edilir.