Filippot Alyaska sammiti kontekstində Aİ ilə bağlı sərt açıqlama verib


Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X-də “Rusiyaya təzyiq” çağırışı edən bir neçə Avropa İttifaqı (Aİ) ölkəsinin liderlərini sərt şəkildə tənqid edib.

Ötən gün Qərb mətbuatı Rusiyaya təzyiq çağırışı ilə bağlı bəyanatı Almaniya, Fransa, Finlandiya, İtaliya, Böyük Britaniya və Polşanın dövlət və hökumət başçılarının imzaladığını yazıb.

…Fransa prezidenti Emmanuel Makron və mübariz avropaçılığın bütün harpiləri ABŞ və Rusiya arasında birbaşa sülh danışıqlarına qarşı bəyanat yayıblar. Onlara öz məqsədləri üçün müharibə lazımdır və Aİ-ni öz ordusu ilə təmin etmək lazımdır! Gəlin onları dayandıraq.

Filippot çağırıb.

SİA xəbər verir ki, avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın iştirak edəcəyi sammitin keçiriləcəyi daha əvvəl bildirilmişdi. Tərəflər ilkin olaraq beynəlxalq gündəliyin əsas məsələlərini, Ukraynadakı vəziyyətin tənzimlənməsi, ikitərəfli münasibətlər, Arktika makroregionuna investisiyalar məsələlərini müzakirə edəcəklər.

Son bir neçə gün ərzində Rusiya lideri Hindistan, Belarus, Çin, Braziliya, Qırğızıstan və Tacikistandan olan həmkarları ilə danışıqlar aparıb.

Vladimir Zelenski də öz növbəsində Qərbi və Şimali Avropa ölkələrinin, bir sıra Mərkəzi Asiya və Qafqaz dövlətlərinin liderlərinə zəng edib.

Əli Babayev

Əlaqəli Xəbərlər