Azərbaycanın görkəmli ziyalıları VI Yay Düşərgəsində

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən panelin qonaqları Xalq artisti, professor, dirijor Yalçın Adıgözəlov, Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universitetinin professoru Cahangir Novruzov olub. SİA xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın mədəniyyət elçiləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunmasını və dünya azərbaycanlı gəncləri ilə Xankəndidə…

Daha çox

Filippot Alyaska sammiti kontekstində Aİ ilə bağlı sərt açıqlama verib

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X-də “Rusiyaya təzyiq” çağırışı edən bir neçə Avropa İttifaqı (Aİ) ölkəsinin liderlərini sərt şəkildə tənqid edib. Ötən gün Qərb mətbuatı Rusiyaya təzyiq çağırışı ilə bağlı bəyanatı Almaniya, Fransa, Finlandiya, İtaliya, Böyük Britaniya və Polşanın dövlət və hökumət başçılarının imzaladığını yazıb. …Fransa prezidenti Emmanuel Makron və mübariz avropaçılığın bütün harpiləri ABŞ və Rusiya arasında birbaşa sülh danışıqlarına qarşı bəyanat yayıblar. Onlara öz məqsədləri üçün müharibə lazımdır və Aİ-ni öz ordusu ilə təmin etmək lazımdır! Gəlin onları dayandıraq. Filippot çağırıb. SİA xəbər verir ki, avqustun 15-də…

Daha çox

Kamçatkada yenə zəlzələ baş verib…

…Kamçatka sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti” Federal Araşdırmalar Mərkəzinin Kamçatka bölməsinin mətbuat xidməti məlumat yayıb. …Petropavlovsk-Kamçatskidən məsafə: 158. Dərinlik: 43,8 km. Maqnituda: 5,0, – məlumatda deyilir. İyulun 30-da Kamçatkada zəlzələ baş verib, maqnitudası 8,8-ə çatıb, bu seysmik hadisə 1952-ci ildən bəri regionda ən güclü zəlzələ olub. Bölgə sakinlərinə sunami təhlükəsi barədə xəbərdarlıq edilib, Severo-Kurilski rayonunda fövqəladə vəziyyət elan edilib. Kamçatkada baş verən ən böyük zəlzələ vulkanik aktivliyin artmasına səbəb olub. 625-ci ildə ilk dəfə olaraq Kraşeninnikov…

Daha çox

Tbilisidəki İdman Sarayının ətrafında yanğın baş verib

Tbilisidə İdman Sarayını əhatə edən ərazidəki binaların birində güclü yanğın baş verib. SİA xəbər verir ki, yanğın baş verən binadan insanlar təxliyə olunublar. Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğın binanın bölmələrindən birində baş verib. Nazirliyinin yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Xəsarət alanlar barədə məlumat yoxdur.

Daha çox

İlham Əliyev Məhəmməd Şahbaz Şərifə zəng edib…

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib. Telefon söhbəti zamanı Pakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqla xatırlanıb. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinə toxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu…

Daha çox

Yaponiyada Şinmoe vulkanı fəallaşıb

Yaponiyada fəallaşan Şinmoe Vulkanı 3 kilometr hündürlüyə kül püskürtməyə başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Japan News məlumat yayıb. Məlumata görə, ölkənin cənub-qərbində yerləşən Şinmoe Vulkanı gecəyarısı fəaliyyətə keçib. Vulkan hazırda 3 kilometr hündürlüyə kül püskürdür. Yaponiya Meteorologiya Agentliyi, vulkanın püskürtdüyü kiçik vulkanik qayaların ətraf ərazilərə düşə biləcəyi barədə xəbərdarlıq edib. Şinmoe Vulkanı 27 iyun tarixindən bəri fasilələrlə fəaliyyət göstərir. Qeyd edək ki, “Pasifik atəş halqası” adlanan zəlzələ və vulkan qurşağında yerləşən Yaponiyada 100-dən çox aktiv vulkan mövcuddur.

Daha çox

İtaliyada ilin əvvəlindən 851 meşə yanğını olub, 56,2 min hektar sahə yanıb

İtaliyada ilin əvvəlindən iyulun 31-dək ümumilikdə 851 meşə yanğını baş verib. SİA xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi ilə məşğul olan “Legambiente” assosiasiyasının hesabatında deyilir. Bildirilir ki, hesabat dövründə ümumilikdə 56,2 min hektar meşə sahəsi yanıb. Bu ərazi 78 min 800 futbol meydançasına bərabərdir. Milli parklar və mühafizə olunan meşə ərazilərində isə 253 yanğın hadisəsi baş verib. Yanğınlar ən çox ölkənin cənub hissəsindəki Siciliya, Kalabriya, Apuliya, Basilikata, Kampaniya və Sardiniya regionlarında qeydə alınıb. Qeyd edək ki, ötən ilin analoji dövründə İtaliyada 1515 yanğın olub, 50 min 802 hektar…

Daha çox

Rusiya Vatsap və Teleqram zənglərini qadağan edir

Rusiya Vatsap və Teleram zənglərini tamamilə qadağan etməyi planlaşdırılır. SİA xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, qadağa ölkənin 4 böyük telekommunikasiya operatorları tərəfindən irəli sürülüb. “Onlar sanksiyalara görə azalan gəlirlərini artırmaq məqsədilə danışıqları adi zənglərə keçirmək istəyirlər”, – məlumatda qeyd olunub.

Daha çox

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. SİA xəbər verir ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.…

Daha çox

Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib

Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. SİA xəbər verir ki, Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmuş razılaşmalar münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. Kasım-Jomart Tokayev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını qeyd edərək, onların regionda hərtərəfli əməkdaşlıq üçün imkan yaradacağına ümidvarlığını bildirib. Dövlət başçısı təbriklərə görə təşəkkür edərək, Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması…

Daha çox