Roma Papası XIV Leo Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışlayıb. SİA “Vatican News”a istinadən xəbər verir ki, Papa bu barədə ənənəvi bazar günü xütbəsi zamanı danışıb. “Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək”, – deyə XIV Leo bildirib.
Daha çoxDay: August 10, 2025
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb – VİDEO
Daha çoxQəzzada aclıqdan ölənlərin sayı 217-yə yüksəlib
Qəzzadakı ərzaq böhranı fonunda qida çatışmazlığından ölənlərin sayı 217-yə çatıb ki, onlardan da 100-ü uşaqdır. SİA xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. “Qəzza zolağının xəstəxanalarında son 24 saat ərzində ikisi uşaq olmaqla, aclıq və qida çatışmazlığından beş ölüm hadisəsi qeydə alınıb. Beləliklə, aclıqdan ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla, 217-yə yüksəlib”, – deyə məlumatda bildirilir. Qəzza rəsmilərinin məlumatına görə, 2025-ci ilin əvvəlindən Qəzzada 163, 2024-cü ildə 50, bir il əvvəl isə daha 4 nəfər aclıqdan ölüb.
Daha çoxHava meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq
Avqustun 11-ə olan tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, avqustun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Daha çoxİlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. SİA xəbər verir ki, telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddət əvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədə aparılmış müzakirələr məmnunluqla xatırlanıb. Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına toxunublar. Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərində keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib. Dövlətimizin başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlı Qurbanqulu Berdiməhəmmədova təbriklərini…
Daha çoxTürkiyədə Çanaqqala boğazı, hava limanı bağlandı
Türkiyə meşə yanğınları səbəbindən Çanaqqala boğazını gəmilərin keçidi üçün müvəqqəti olaraq bağlayıb. SİA xəbər verir ki, yanğınlar bəzi sakinlərin təxliyə olunduğu Çanaqqala şəhəri yaxınlığında genişlənir. Yerli hava limanı da müvəqqəti olaraq bağlanıb. Yanğınsöndürənlər yanğına xüsusi təyyarə və helikopterlərdən istifadə ilə müdaxilə edirlər.
Daha çoxFHN işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir. FHN-dən SİA-ya bildirilib ki, bu çərçivədə nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb. Şuşa və Xankəndi şəhərlərində, Ağdam, Cəbrayıl və Laçın rayonlarında aparılmış maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə,…
Daha çoxUkrayna bu kəndi azad etdi, 18 rus hərbçisi məhv edildi
Ukrayna ordusu Sum vilayətinin Bezsalovka yaşayış məntəqəsini azad edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatda 33-cü əlahiddə hücum alayı və 24-cü əlahiddə hücum taborunun bölmələri iştirak edib. Əməliyyat zamanı 18 rus hərbçisi məhv edilib.
Daha çoxKamçatkada güclü zəlzələ baş verdi
Rusiyanın Kamçatka diyarında 6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional filialı məlumat yayıb. Məlumata görə, zəlzələnin ocağı 33 km dərinlikdə yerləşib və episentri Petropavlovsk-Kamçatkadan 215 km məsafədə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.
Daha çoxAbşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 11-də arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Daha çox