Ukraynadakı münaqişənin həlli ilə bağlı birgə bəyanatda Avropa liderləri danışıqları hazırkı cəbhə xəttinə əsaslanaraq aparmağa çağırıblar. SİA xəbər verir ki, bəyanat Britaniya Xarici İşlər Nazirliyinin saytında yayımlanıb. “Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qalırıq. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsinə çevrilməlidir”, – bəyanatda bildirilib. Sənədi Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corciya Meloni, Polşa Baş naziri Donald Tusk, Böyük Britaniya Baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merz imzalayıblar.
Daha çoxDay: August 10, 2025
Sabah Bakıda və rayonlarda şimşək çaxacaq, leysan yağacaq
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,…
Daha çoxVaşinqtondakı tarixi sülh razılaşması Malayziya mətbuatında geniş işıqlandırılıb
Malayziyanın aparıcı media qurumları ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda tarixi sülh razılaşmasının imzalanmasını geniş işıqlandırıb. SİA xəbər verir ki, Malayziyanın ən böyük xəbər istehsalçısı olan BERNAMA dövlət informasiya agentliyi, əhatə dairəsinə görə Cənub-Şərqi Asiyada tanınmış “New Straits Times” qəzeti, eləcə də “Malay Mail”, “Free Malaysia Today” və “The Edge Malaysia” kimi nüfuzlu onlayn xəbər portalları Ağ Evdə keçirilən üçtərəfli görüşdə liderlərin uzunmüddətli sülhün bərqərar olması barədə razılığa gəldiklərini yazıb. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın…
Daha çoxSülh müqaviləsi şübhəsiz ki, region üçün yeni imkanlar və rifah gətirəcəkdir
Sloveniya Azərbaycan və Ermənistan liderlərini sülh müqaviləsinə görə, həmçinin onilliklərdən bəri davam edən münaqişəyə son qoyulmasına yol açan ABŞ Administrasiyasını roluna görə alqışlayır. SİA xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin “X“ sosial şəbəkəsindəki paylaşımında bildirilir. Paylaşımda həmçinin qeyd edilir ki, bu, şübhəsiz ki, region üçün yeni imkanlar və rifah gətirəcək.
Daha çoxYaponiyada vulkan 3 min metr hündürlüyə kül və tüstü püskürüb
Yaponiyanın Kyüşü adasında son dərəcə aktiv olan Şinmoe dağı havaya 3 min metr hündürlüyə kül və tüstü püskürüb. SİA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Yerli hakimiyyət orqanları lava axını təhlükəsi barədə xəbərdarlıq edib. Miyazaki prefekturasının Kobayaşi və Takahara şəhərlərinə və Kaqoşima prefekturasının Kirişima şəhərinə böyük miqdarda vulkan külünün yağacağı gözlənilir. Kanal əlavə edib ki, Yaponiya Meteoroloji Rəsədxanası püskürmə xəbərdarlığını üçüncü səviyyədə saxlayıb və insanları sayıq olmağa çağırıb. Qeyd edək ki, 1420 m hündürlüyü olan Şinmoe dağı iyunun sonundan bəri zəlzələlərlə sarsılır. O, 2017-ci ilin oktyabr ayından…
Daha çox39 dərəcə isti qeydə alınıb
Avqustun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.
Daha çoxTramp Zelenskinin də Alyskaya getməsinə icazə verdi
ABŞ lideri Donald Tramp Ukrayna Prezidenti Voloadimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşünə qatılmasına icazə verib. SİA xəbər verir ki, bu barədə “Reuters” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, Tramp belə bir ehtimala “açıqdır”. Lakin Ukrayna liderinin sammitdə iştirakı hazırda dəqiqləşdirilməyib. Qeyd edək ki, Avqustun 15-də Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Qərb mediası iddia edir ki, müzakirə olunan təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilə . Kreml tarixi və yeri təsdiqləyib. Prezidentin köməkçisi Yuri…
Daha çoxTarixi bəyannaməni məmnuniyyətlə alqışlayırıq
Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış tarixi bəyannaməni məmnuniyyətlə alqışlayırıq. SİA xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin “X“ sosial şəbəkəsindəki paylaşımında bildirilir. Paylaşımda həmçinin qeyd edilir ki, ABŞ-ın dəyərli dəstəyi ilə əldə olunmuş bu razılaşma bölgədə suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sabitlik və davamlı sülhün yolunu açır.
Daha çoxBirgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır
Serbiya avqustun 8-də ABŞ-ın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır və hər iki tərəfin konstruktiv fəaliyyətini yüksək qiymətləndirir. SİA xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilir. Bu uğurun əldə edilməsində ABŞ Prezidenti Donald Trampın çox mühüm rolu xüsusi vurğulanır. “Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır. Serbiya qarşılıqlı hörmət və beynəlxalq hüquq və qaydaya tam riayət əsasında bütün ölkələr arasında dinc dialoq, regional əlaqə və genişləndirilmiş əməkdaşlığın tərəfdarı olmaqda davam edəcək”, – deyə…
Daha çoxİtaliyada Qərbi Nil virusuna yoluxma halları artmaqdadır
İtaliyada Qərbi Nil virusuna yoluxma halları artır. SİA xəbər verir ki, ötən gün daha iki nəfər virusa yoluxub. Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir. İlin əvvəlindən ölkədə 170-dən çox insan bu virusa yoluxub, 16 nəfər ölüb. 2024-cü ildə isə bu virusa 460 yoluxma və 20 ölüm olub. Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast…
Daha çox