Ukrayna üçün böyük təhlükə

Rusiya Donetsk vilayətinin bütün ərazisinin təhvil verilməsini tələb edir. Bu şərt yerinə yetirilərsə, Ukrayna ölkənin bu hissəsində əsas müdafiə xəttini itirəcək və bu da rusların Xarkov və Dnepr üzərinə hücumu üçün asan yol açacaq. SİA xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib. Analitiklər qeyd edirlər ki, 2014-cü ildən Ukrayna Donbasın şimalında fasiləsiz müdafiə xətti qurur və bu xəttdə bəzi şəhər və qəsəbələr əsl qalalara çevrilib: “Qala qurşağı H-20 Konstantinovka-Slavyansk avtomobil yolu ilə şimaldan cənuba doğru uzanan dörd böyük şəhər, bir neçə qəsəbə və kəndlərdən ibarətdir.…

Daha çox

Vaşinqton sənədləri, “tərpədilmiş yeni daşlar”, “10 noyabr bitdi”, “8 avqust dövrü” başladı

Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Milli Məclisdə söylədiyi bu sözlər yəqin hələ çox məqamlarda xatırlanacaq. Prezidentimiz keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllini “biz bununla çox iri daşları yerindən tərpətdik” deyə böyük bir siyasi mətləbi çox sərrast obrazla qısa ifadə etdi… Avqustun 8-də Vaşinqtonda Trampla görüşdə əldə olunmuş razılaşmalar həmin fikri yenidən aktual edir. Vaşinqton razılaşmaları münaqişənin həllindən heç də geri qalmayan səviyyədə “iri daşları” yerindən tərpətdi… 2023-cü ilin Antiterror tədbirlərindən sonrakı 2 illik sülh prosesini bir kənara qoyaraq normallaşma prosesini elə 8 avqust Vaşinqton razılaşmalarından başlamaq lazımdır. Azərbaycanın bu müddətdə…

Daha çox

Bu, regionda sülhün bərqərar olması baxımından son dərəcə vacibdir

Vaşinqtondakı görüş azərbaycanlıların və ermənilərin çoxdan arzuladığı sülhə nail olmaq baxımından çox vacibdir. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri amerikalı ekspert, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib. O, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşünü tarixi və böyük hadisə adlandırıb: “Düşünürəm ki, bu, həm də Prezident İlham Əliyevin gördüyü işin nəticəsidir. O, Donald Trampla yaxşı şəxsi münasibət qurmaq üçün çox iş görüb. Mən hesab edirəm ki, üçtərəfli sənədin imzalanması regionda sülhün bərqərar olması baxımından son dərəcə vacibdir və hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq, daha güclü…

Daha çox

“Azərbaycan Prezidenti sülhü rəsmiləşdirərək yeni tarix yazdı”

Azərbaycan ilə Ermənistan arasında atılan ortaq imzadan, sülh, sabitlik və gələcəyimiz naminə böyük məmnunluq hissi keçirdik. Vaşinqtonda ortaya qoyulan iradə, Qafqazın əmin-amanlığı, gələcəyi və rifahı üçün tarixi bir fürsətdir. Ümid edirik ki, bu fürsət yaşadığımız ixtilaf və müharibələrin gələcəyi üçün yeni, nümunəvi yol xəritəsi yaradacaq. SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver deyib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın döyüş meydanındakı uğurunu sülh masasında rəsmiləşdirərək yeni tarix yazıb: “Onun yazdığı bu yeni tarix Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması…

Daha çox

Bu günə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 32-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli…

Daha çox

Tramp Tammi Bryusu BMT nümayəndəsinin müavini təyin edib

ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Tammi Bryusu ABŞ-nin BMT-dəki nümayəndəsinin müavini təyin edib. SİA-nın məlumatına görə, prezident ona səfir rütbəsi verib. “İkinci prezidentlik dövrümün əvvəl ondən Tammi Bryus Dövlət Departamentinin sözçüsü kimi əla xidmət göstərib və burada çox yaxşı iş görüb. O, BMT-də ölkəmizi parlaq şəkildə təmsil edəcək”, -deyə Tramp bildirib.

Daha çox

Xarici işlər nazirləri arasında telefon danışığı olub

Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyindən bildirilib ki, Özbəkistanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-a səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nailiyyətlər münasibətilə səmimi təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə əhəmiyyətli töhfə olduğu diqqətə çatdırılıb. Telefon…

Daha çox

Vaşinqtonda atılan imzalar bölgə üçün mühüm əhəmiyyət daşıyır

Vaşinqtonda imzalanan razılaşma göründüyündən çox daha böyük məna daşıyır. Paraflanan mətn yalnız iki paytaxt arasındakı diplomatik buzları əritməklə qalmır, həm də Qafqazın geosiyasi kompasını yenidən tənzimləyir. Məsələyə Azərbaycan tərəfindən baxdığımızda, bu, 2020-ci ildəki Qarabağ Zəfərindən sonra Naxçıvana maneəsiz nəqliyyat xətti, oradan da Türkiyəyə və Türk dünyasına açılan qapı deməkdir. Bu, yalnız strateji bir hədəf deyil, Bakı üçün 30 ildən sonra gələn geosiyasi revanşdır. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuzaslan bildirib. Vaşinqtonda atılan imzaların sadəcə Azərbaycan üçün deyil, bölgə üçün də mühüm…

Daha çox

İtaliya Qəzzaya hava yolu ilə humanitar yardım çatdırıb

İtaliya Qəzza bölgəsinə hava yolu ilə humanitar yardımların çatdırılması əməliyyatına başlayıb. SİA xəbər verir ki, İordaniyanın paytaxtı Ammandakı aviabazaya çatdırılan humanitar yardımın artıq bir hissəsi təyyarə ilə Qəzzanın şimalına, sahilyanı əraziyə atılıb. İtaliya həftə ərzində Qəzzaya hava yolu ilə daha 100 ton humanitar yardım çatdıracaq. İtaliyanın müdafiə naziri Quido Krosetto qeyd edib ki, ölkəsi bu əməliyyatla müharibədən əziyyət çəkmiş mülki əhalinin əzablarının azaldılmasına və insanların həyatını xilas etməyə kömək edir. “Biz fövqəladə vəziyyətin aradan qaldırılması üçün dərhal müdaxilə edirik, eyni zamanda, sülhün ilkin şərti olan davamlı atəşkəs üçün siyasi və…

Daha çox