Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Sammit bütün dünyanın diqqət mərkəzinə düşdü. Sammitdə əldə olunan nəticələr, imzalanan sənədlərə beynəlxalq təşkilatların reaksiyası da özünü çox gözlətmədi. Avropa institutları Vaşinqton görüşünü yüksək qiymətləndirir Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi görüşü “hərarətlə qarşılayıb”, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasını alqışlayıb. Təşkilatın saytında yerləşdirilən açıqlamada (https://www.consilium.europa.eu/en/press/press-releases/2025/08/08/joint-statement-by-president-costa-of-the-european-council-and-president-von-der-leyen-of-the-european-commission-on-the-initialling-of-the-armenia-azerbaijan-peace-treaty-and-on-the-declaration-between-president-aliyev-and-pm-pashinyan-in-/) qeyd olunub…

Daha çox

Ərəb Dövlətləri Liqası təcili iclas keçirəcək

Ərəb Dövlətləri Liqası İsrailin Qəzza şəhərini işğal etmək qərarını müzakirə etmək üçün sabah təcili iclas keçirəcək. SİA xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının Fələstin üzrə nümayəndəsi Muhannad əl-Akluk məlumat yayıb. Məlumata görə, iclasda Fələstin xalqının zorla köçürülməsi və İsrailin Qəzzadakı işğal planı müzakirə olunacaq. Qeyd edək ki, Ərəb Dövlətləri Liqasına 22 dövlət üzvdür.

Daha çox

İsrail Prezidentindən Azərbaycan və Ermənistan xalqlarına TƏBRİK MESAJI

“Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim”. SİA xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq “X” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb: “Mən də bu tarixi sazişin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın”,- deyə Baş nazir bildirib. “Ümid edirəm və dua edirəm ki, biz sizin rəhbərliyiniz…

Daha çox

Tramp sosial mediada tarixi günlə bağlı 20-dən çox paylaşım etdi

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasındakı səhifəsində son sutka ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri, görüşlər, imzalanmış sənədlər və çıxışlarla bağlı 20-yə yaxın paylaşım edib. SİA xəbər verir ki, bu müddətdə o, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını 2 dəfə səhifəsinə yerləşdirib. Donald Trampın “Truth” sosial mediasındakı səhifəsinin 10 milyondan çox izləyicisi var. ABŞ lideri vacib açıqlama və bəyanatlarını bu hesab vasitəsi ilə elan edir.

Daha çox

Ərəb ölkələri Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır

Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Liviya, Oman, Qətər, Küveyt ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır. SİA xəbər verir ki, bu, adı çəkilən ölkələrin XİN-lərinin bəyanatlarında yer alır. Bəyanatlarda, bu razılaşmanın iki ölkə arasındakı əməkdaşlıqda və qonşuluq münasibətlərində yeni mərhələnin başlanğıcı olacağına inam ifadə olunur. Qafqaz regionunda sabitlik və inkişafın əsaslarını möhkəmləndirəcək bu tarixi razılaşma yüksək qiymətləndirilir, ABŞ-ın münaqişələrin diplomatik yollarla həllinə və gərginliyin azaldılmasına yönəlmiş səyləri təqdir edilir.

Daha çox

Azərbaycan Prezidenti sülhün qarantı olduğunu Vaşinqton görüşündə bir daha təsdiqlədi

Vaşinqtonda keçirilən görüşlər, imzalanan birgə bəyannamə, strateji tərəfdaşlığa dair qəbul olunan sənədlər Azərbaycan – Amerika münasibətlərində yeni, parlaq bir mərhələnin əsasıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri qeyd edib ki, bu, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin, diplomatik gedişlərin bir nəticəsidir. “Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyannamə və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bilavasitə bu sənədə imza etməsi, şahidlik etməsi ölkəmizin rəhbərinə göstərilən böyük etimadın və onun sülh, əmin-amanlıq siyasətinə verilən qiymətin…

Daha çox

Möcüzələr yaradan Qalib Lider

Prezident İlham Əliyev sülh müqaviləsinin də imzalanmasına nail oldu Bir neçə gün idi ki, dünyanın diqqəti ABŞ-yə yönəlmişdi. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən keşirilən görüşdə sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atılması gözlənilirdi. Artıq həm xalqımızın, həm də dünya ictimaiyyətinin gözlədiyi tarixi hadisə baş verdi. Bununla yanaşı, tərəflər arasında Birgə Bəyannamə də imzalandı. Qabaqcadan deyim ki, dünyanın ən qüdrətli dövlətində-ABŞ-də bu ölkənin Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyədə qarşılanması,…

Daha çox