Qvatemala sahilində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 202 min nəfər əhalisi olan Tapaçuladan (Meksika) 155 km cənubda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.