Ukrayna ordusu Sum vilayətinin Bezsalovka yaşayış məntəqəsini azad edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, əməliyyatda 33-cü əlahiddə hücum alayı və 24-cü əlahiddə hücum taborunun bölmələri iştirak edib. Əməliyyat zamanı 18 rus hərbçisi məhv edilib.