Yaponiyada Şinmoe vulkanı fəallaşıb


Yaponiyada fəallaşan Şinmoe Vulkanı 3 kilometr hündürlüyə kül püskürtməyə başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Japan News məlumat yayıb.

Məlumata görə, ölkənin cənub-qərbində yerləşən Şinmoe Vulkanı gecəyarısı fəaliyyətə keçib. Vulkan hazırda 3 kilometr hündürlüyə kül püskürdür.

Yaponiya Meteorologiya Agentliyi, vulkanın püskürtdüyü kiçik vulkanik qayaların ətraf ərazilərə düşə biləcəyi barədə xəbərdarlıq edib.

Şinmoe Vulkanı 27 iyun tarixindən bəri fasilələrlə fəaliyyət göstərir.

Qeyd edək ki, “Pasifik atəş halqası” adlanan zəlzələ və vulkan qurşağında yerləşən Yaponiyada 100-dən çox aktiv vulkan mövcuddur.

Əlaqəli Xəbərlər