Niyə Tramp və Putin görüş üçün “əlverişsiz” Alyaskanı seçiblər?

…Alyaska ABŞ-ın Rusiyaya ən yaxın ərazisi, iki ölkənin materikləri arasındakı məsafə təqribən 88 km olsa da, həm Vladimir Putin, həm də Donald Tramp avqustun 15-də keçiriləcək sammitdə iştirak etmək üçün çoxlu saatlarla uçmalı olacaqlar. Sual oluna bilər: bəs niyə görüş üçün Alyaskanı seçilib? SİA xəbər verir ki, bu suala Kiyevdə işləyən Guardian-ın jurnalisti Dan Sabbaq cavab verməyə çalışıb. O, məqaləsində Putinin xarici işlər üzrə müşaviri Yuri Uşakovun Alyaskanı sammitin keçirilməsi üçün “tamamilə məntiqli” yer adlandırdığını xatırladır: “sanki ölkələri ayıran Berinq boğazından uçmaq adi bir səyahətdir”. ABŞ və Rusiyanın materik hissəsi…

Daha çox

Rusiyanın Ukrayna ilə bağlı məqsədləri dəyişməyib…

Amerika Müharibə Araşdırma İnstitutu Alyaskadakı sammitdən nə gözlədiyini söylədi… …Amerika Müharibə Araşdırma İnstitutunun hesabatında deyilir ki, Kreml Donald Tramp və Vladimir Putin arasında Alyaskada planlaşdırılan görüşdən mənalı sülh danışıqları üçün deyil, ABŞ və Avropa arasında birliyi zəiflətmək üçün istifadə etməyi planlaşdırır. SİA-nın məlumatına görə, analitiklər qeyd edirlər ki, Rusiya liderlərinin son bəyanatları Moskvanın Ukrayna və Avropanı sülhə maneə kimi qələmə vermək cəhdlərindən xəbər verir. …Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanı guya ABŞ-ın müharibəni dayandırmaq səylərinə mane olmaqda ittiham edib. …LDPR lideri Leonid Slutski…

Daha çox

“Vaxt itirmədən konstitusiya dəyişikliyi və dialoq vacibdir”

“Ermənistanın Baş Naziri indi əlindən gələn bütün tədbirləri görməlidir ki, ölkə konstitusiyasında dəyişiklik edərək tezliklə sülh müqaviləsinin imzalanmasına nail ola bilsin”. Bu barədə siyasi analitik Mehman İsmayılov SİA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması Ermənistanın xeyrinədir: “Tezliklə Ermənistan uzun illər davam edən izolyasiya şəraitindən çıxacaq, Azərbaycanla siyasi və diplomatik münasibətlər quracaq. Bu addım Azərbaycanın qarşısında həqiqətən sülh istədiyini göstərmiş olacaq”. Mehman İsmayılov əlavə edib ki, sülh müqaviləsi imzalanmadıqca, Rusiya bu vəziyyətdən istifadə edərək Ermənistan daxilində anti-sülh proseslərini qızışdırır: “Azərbaycan prezidenti Ermənistanın baş nazirinə xəbərdarlıq edir ki, vaxt itirmədən…

Daha çox

MAZ Rusiyada ağır yük maşınlarının TOP-5 satışından çıxdı…

Belarus zavodunun satışları kəskin şəkildə aşağı düşüb… …2025-ci ilin ilk yeddi ayında Rusiyada MAZ ağır yük maşınlarının satışı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalıb. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Euroradio yazır ki, eyni zamanda, MAZ son bir neçə ildə ilk dəfə Rusiyada TOP-5 satışdan çıxıb. Bütün bunlar 2025-ci ilin ilk yeddi ayında Rusiyada çəkisi 16 tondan çox olan ağır yük maşınlarının satışının kəskin azalması fonunda baş verir. Avtostatın məlumatına görə, yeni avtomobillərin ümumi satışı cəmi 26 652 ədəd təşkil edib…

Daha çox

Vaşinqton görüşü regional əməkdaşlığa və dayanıqlı sülhə hədəflənib

Vaşinqton görüşü Azərbaycan-Ermənistan sülh gündəliyinin inkişaf etdirilməsində vacib platforma kimi qiymətləndirilə bilər. ABŞ-ın vasitəçiliyi ilə baş tutan bu görüş şəxsi ambisiyalardan və maraqlardan daha çox regional əməkdaşlığa və dayanıqlı sülhə hədəflənib. Bunu görüş zamanı əldə edilmiş razılıqlara və imzalanmış bəyannamə mətninə baxdıqda tam şəkildə görmək olar. Memarı dövlətimizin başçısı İlham Əliyev olan sülh gündəliyi çərçivəsində növbəti görüşün dünyanın bir nömrəli ölkəsində və ofisində keçirilməsi Azərbaycan üçün olduqca ciddi siyasi dividendlər qazandırdı. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında politoloq Amid Əliyev söyləyib. O bildirib ki, imzalanmış Birgə Bəyannamə…

Daha çox

Solovyov “müharibə bitməyəcək” deyir…

Rusiyalı təbliğatçı Cənubi Qafqazda yeni “xüsusi hərbi əməliyyat”a icazə verdi… …Rusiyalı təbliğatçı Vladimir Solovyov “Rossiya 1”də yayımlanan “Bazar axşamı” proqramında Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Alyaskada görüşündən sonra Ukraynada müharibənin bitməyəcəyini bildirib. SİA-nın məlumatına görə, bunu “Agentlik” qeyd edib. Deməli, Solovyov, həmçinin Cənubi Qafqazda yeni “xüsusi hərbi əməliyyat”ın yaradılmasına icazə verib. …Qazanmaq vaxtıdır. Qalib gəlmək. Və elə göstərirlər ki, guya müharibə yoxdur… Cümə axşamı hardasa, böyük bir şəhərə çıxıb fikirləşirsən ki, nə baş verir? Həqiqətən də haradasa müharibə gedir? Bu, doğrudur. Və dəhşətli müharibə.…

Daha çox

Kərimov Əli adını Azərbaycanın tarixinə satqın və xəyanətkar kimi yazdırıb

Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasını bu günə qədər həzm edə bilməyən Kərimov Əli hər fürsətdə dövlətimizə qara yaxmaqla məşğuldur. Uğurlarımızı, qələbəmizi Ermənistan belə qəbul etdiyi halda, ürəyi Azərbaycan dövlətinə və xalqına qarşı nifrət toxumu ilə dolu olan Kərimov Əli qəbul edə bilmir. Azərbaycan xalqına və dövlətinə qarşı kin, nifrət onun bütün siyasi fəaliyyətindən “qırmızı xətlə” keçir. Siyasi uzaqgörənliyin, strategiyanın nə olduğunu anlamayan bu üzdəniraq antimilli ünsür Zəfərimizdən sonra “Xankəndi” deyib haray-həşir salırdı.…

Daha çox

Kanadada meşədə itkin düşən şəxs 9 gün su ilə qidalanıb

Kanadanın Britaniya Kolumbiyası əyalətinin geniş meşəlik ərazisində itkin düşən şəxs qayaya “help” (kömək) sözünü yazdıqdan və palçığa “SOS” işarəsi çəkdikdən sonra xilas ola bilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, 39 yaşlı Endryu Barber itkin düşməsindən 9 gün sonra Kanada Kral Atlı Polisi tərəfindən xilas edilib. Onun maşını meşə yolunda helikopterdən görünüb. Polisin verdiyi məlumata görə, E. Barber qıdasız qalıb və ayağından xəsarət alıb. O, sağ qalmaq üçün sığınacaq qurub və göldə yığılan sudan içib.

Daha çox