…Alyaskanın ən böyük şəhəri Ankorijdə ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında mümkün görüşlə bağlı etirazlar hazırlanır.
SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, “Stand Up Alyaska” siyasi təşkilatı tədbiri sammitdən bir gün əvvəl, cümə axşamı, avqustun 14-nə təyin edib.
Tədbir “Alyaska Ukrayna ilə” şüarı altında keçiriləcək. …Qubernatorun razılığı ilə Prezident Donald Tramp Vladimir Putini dəvət etdi. Biz həm Trampa, həm də Putinə aydın mesaj göndərmək üçün toplaşırıq: Alyaska avtoritarizmə qarşı qətiyyətlə dayanır.
Bu, təşkilatçıların vebsaytında deyilir.
…Stand Up Alaska Facebook səhifəsi birbaşa yerli sakinləri küçələrə çıxmağa və aksiyaya qoşulmağa çağırır: “Beynəlxalq hərbi cinayətkarın (Vladimir Putin. – Red.) olmasına etiraz etmək üçün Alyaskanın Ankoric şəhərində bizə qoşulun”.
Əli Babayev