Böyük Britaniyada gənc qadınlara qarşı hədələr artır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin ən böyük məişət zorakılığı ilə mübarizə təşkilatlarından biri olan “Refuge” açıqlama yayıb.
Qeyd olunub ki, 16-25 yaş arasında olan qadın və qızlar boğma, öldürmə və bədənə zərər yetirmə ilə hədələnirlər.
Təşkilatın məlumatına görə, 2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər uzunmüddətli dəstək alan 525 gənc qadın və qız fiziki zorakılığa məruz qaldığını bildirib. Onların təxminən yarısı boğulma ilə üzləşib. Bu isə ötən illə müqayisədə 9 faiz artım deməkdir. “Məişət zorakılığı çox zaman diqqətdən kənarda qalır. Lakin bu yeni rəqəmlər dəhşətli reallığı göstərir. Bir çox gənclər bu qorxunc cinayətin qurbanına çevrilirlər”,- deyə “Refuge”nin baş icraçı direktoru Cemma Şerrinqton vurğulayıb.