Plastik tullantılarla necə mübarizə apara bilərik?


“Plastik tullantıların azaldılması məsələsində mənim mövqeyim həm ekoloji, həm də sosial baxımdan çox qəti və prinsipialdır”. Bu barədə ekoloq Cəmşid Bəxtiyar SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas yanaşma belədir: Əvvəlcə qarşısını almaq!

“Yəni plastik materialların istehsalı və istifadəsi məhdudlaşdırılmayana qədər bu problem mövcud olacaq. Odur ki, problemin yaranmasına imkan verməmək, onu sonradan utilizasiya etməkdən qat-qat təsirlidir. Məsələn, hansı addımlar bu işdə effektli olar:

Birdəfəlik plastik qab, çəngəl-bıçaq, torba kimi əşyaları istifadə etməmək, onları alternativləri ilə əvəz etmək onlarla mübarizənin ən doğru yoludur.

Satış məntəqələrində plastik paketlərə alternativ kimi parça və kağız torbaları təşviq etmək də bu işdə fayda verər.

Kağız, şüşə, metal və bioplastik kimi təbiətdə tez parçalanan və ya təkrar istifadə oluna bilən materialların geniş tətbiqi;

Evdə plastik qabları çoxməqsədli saxlama qabı kimi istifadəsini təşviq etmək;

Plastiklərin təkrar emal məntəqələrinə yönləndirilməsinin təşviq və təşkili;

Şəhərlərdə plastik üçün ayrıca konteynerlər sistemini gücləndirmək.Həmçinin, maarifləndirmə və təbliğatı da gücləndirmək bu prosesə təkan verər. İnsanlara sadə addımların böyük təsirini izah etmək lazımdır. Məsələn, hər gün 1 plastik butulkadan imtina etsək, ildə 365 butulka tullantısı azalır. Birdəfəlik plastik məhsulların istehsalına və idxalına dövlət səviyyəsində qadağa və məhdudiyyətlər qoyulmalıdır. Alternativ materiallara vergi güzəştləri və dövlət dəstəyi tətbiq edilməlidir”.

Cəmşid Bəxtiyar deyir: “Bu sadaladıqlarım kompleks şəkildə, bir kompaniyanın tərkib hissələri kimi tətbiq edilsə, plastik tullantılar problemini həll etmək olar”.

Əlaqəli Xəbərlər